Wn/az/Azərbaycan cəbhə xəttində hərbi təlim keçir
Appearance

14 aprel 2011, Cümə axşamı
Azərbaycan xəbərləri
- 10 February 2025: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 10 February 2025: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 10 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 10 February 2025: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 10 February 2025: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
Azərbaycanın yerləşdiyi ərazi
Azərbaycan cəbhə xəttində hərbi təlim keçirir. ANS PRESS agentliyinin məlumatına görə, bu gün saat 09.45 radələrindən Ağdam və Tərtər rayonlarının üzərində Azərbaycan Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarələr 20 dəqiqəyə yaxın davam edən təlim xarakterli uçuşlar edib. Daha sonra isə 5 hərbi helikopter Tərtər, Ağdam və Bərdədə alçaq məsafədən uçmaqla təlimləri davam etdirib. Əməliyyat saat 10.30 radələrində başa çatıb.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Səfər Əbiyev dünəndən cəbhə bölgəsindədir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu cəbhə bölgəsində təlimlər keçirildiyini təsdiqləyib. Onun sözlərinə görə, təlimləri müdafiə naziri Səfər Əbiyev şəxsən izləyir.
Mənbə
[edit | edit source]