Wn/az/Azərbaycan cüdoçuları Təl-Əviv Qran-prisində qızıl və bürünc medal qazanıblar
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
- 21 December 2021: Wn/az/Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 29 September 2020: Wn/az/Gecə ərzində gərgin döyüşlər davam edib
İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Qran-pri turnirinin son yarış günündə Azərbaycan idmançıları qızıl və bürünc medal qazanıblar.
Yarışda Azərbaycanı 90 kq. çəki dərəcəsində təmsil edən Məmmədəli Mehdiyev ardıcıl olaraq türkmənistanlı İhlas Setderov və kanadalı Mohab əl-Nəhası yensə də, 1/4 finalda hollandiyalı Yesper Sminkə uduzub.
Bununla belə, o, təsəlliverici görüşdə ABŞ təmsilçisi Kolton Braun üzərində qələbə qazanmağı bacarıb. Mehdiyev bürünc medal uğrunda görüşdə estoniyalı Klen Kristofer Kalyulaydı məğlub edib və medala sahib çıxıb.
Digər cüdoçumuz Uşanqi Kokauri (+100 kq) bürünc medal uğrunda qarşılaşmada İsrail təmsilçisi Sasson Ora məğlub olaraq 5-ci yeri tutub.
Qadınların yarışında mübarizə aparan İrina Kinderzka (+78 kq) qızıl medal uğrunda görüşdə ukraynalı Yelizaveta Kalaninadan üstün olaraq birinci yeri tutub.
Mənbə[edit | edit source]