Wn/az/Azərbaycan alimlərinin II qurultayı bu ilin sonunda keçiriləcək
Appearance
17 fevral 2019, Bazar
Azərbaycan xəbərləri
- 10 February 2025: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 10 February 2025: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 10 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 10 February 2025: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 10 February 2025: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
Azərbaycanın yerləşdiyi ərazi
Azərbaycan alimlərinin II qurultayı bu ilin sonunda keçiriləcək
- Bu ilin sonunda Azərbaycan alimlərinin II qurultayının keçirilməsi nəzərdə tutulur.
- AMEA-nın prezidenti akademik Akif Əlizadə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında bildirib ki, qurultayda Azərbaycan elminin bugünkü innovativ vəziyyəti əsas leytmotiv kimi irəli sürüləcək və onun bütün istiqaməti tətbiqi elmə həsr olunacaq. Qurultayda innovativ elmin inkişafı məsələləri, yəni elmin təsərrüfata, iqtisadiyyata verdiyi töhfələr və imkanlar müzakirə ediləcək. Bunun üçün ölkənin bütün elmi qurum və müəssisələri bu mühüm tədbirdə fəal iştirak edəcək. Artıq qurultaya hazırlıqla bağlı AMEA tərəfindən müəyyən işlərə başlanılıb.
- Xatırladaq ki, Azərbaycan alimlərinin I qurultayı 2014-cü il dekabrın19-da Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin təşkilatçılığı ilə baş tutub.