Wn/az/Azərbaycan 2011 Avroviziya Mahnı Müsabiqəsində qalib gəldi

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Azərbaycan 2011 Avroviziya Mahnı Müsabiqəsində qalib gəldi


Bookmark-new.svg
EuroAzerbaiyán.svg

15 may 2011, Bazar

Aylardan bəri davam edən Avroviziya həyəcanı dünən Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycanı “Running Scared” mahnısı ilə təmsil edən Eldar Qasımov və Nigar Camal 221 xalla bu ilin qalibi elan edildi Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropanın ən məşhur mahnı yarışmasını on minlərlə insan Düsseldorfdakı Arena zalında milyonlar isə televiziyadan izlədi.

“Eurovision-2011”-in qalibi olmasına görə mahnı yarışması gələn il Azərbaycanda keçiriləcək ki, bu da ölkənin aylarla Avropanın diqqət mərkəzində olması deməkdir.

Eurovision-un rəsmi məlumatına görə dünən ki, final müsabiqəsində Azərbaycan 221, İtaliya 189, İsveç isə 185 xal qazandı. Avropanın ən həyəcanlı mahnı müsabiqəsi olaraq qəbul edilən Eurovision-da bu il 43 ölkə iştirak edirdi.

Bu arada Eldar və Nigarın qələbəsini Bakılılar sevinclə qeyd etdilər.

Mənbə[edit | edit source]