Wn/az/Azərbaycanın xalq rəssamı Altay Hacıyev 87 yaşında vəfat edib
13 fevral 2019, Çərşənbə
- 28 October 2019: Wn/az/Cenevrəli CİS mütəxəssisi Coğrafiya İnstitutunda təqdimatlarla çıxış edib
- 19 September 2019: Wn/az/Azərbaycanda yeni medal təsis edilib
- 29 July 2019: Wn/az/Azərbaycanın hərbi təyyarəsi Xəzər dənizində qəzaya düşdü
- 20 July 2019: Wn/az/Aztəminatlı ailələrin övladlarına məktəbli forması pulsuz veriləcək
- 11 July 2019: Wn/az/İsmayıllıda güclü külək və leysan fəsadlar törədib
Azərbaycanın xalq rəssamı Altay Hacıyev 12 fevral 2019-cu il tarixində vəfat edib.
"AZƏRTAC" informasiya agentliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Altay Hacıyevın vəfatı ilə bağlı nekroloq imzalayıb.
Altay Hacıyev 1931-ci ildə Bakı şəhərində, rəssam Əmir Hacıyevin ailəsində anadan olub. 1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirib. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. Altay Hacıyev 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 1995-ci ildə "Humay" mükafatı ilə təltif təltif olunub. Altay Hacıyev 2003-cü ildə Prezident təqaüdçüsü olub.
Rəssamın bir neçə fərdi sərgisi təşkil olunub, ancaq çoxlu beynəlxalq sərgilərdə və simpoziumlarda iştirak edib. Onun 1987-ci ildə qrafika əsərlərinin, 1991-ci ildə "Natəvan-Şuşa", 2001-ci ildə isə "Xalqımızın ulduzları" adlı tematik, eləcə də 2006-cı ildə 75 illik yubiley sərgiləri keçirilib.
Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, xarici ölkə muzeylərində və nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır.
Mənbə[edit]
- Prezident xalq rəssamının vəfatı ilə bağlı nekroloq imzalayıb — Oxu.az, 13 fevral 2019
- Azərbaycanlı məşhur vəfat etdi - FOTO — Sonxeber.az, 13 fevral 2019
- Azərbaycanın məşhur rəssamı vəfat etdi — Publika.az, 13 fevral 2019
- Azərbaycanın xalq rəssamı vəfat etdi — Qafqazinfo.az, 13 fevral 2019
- Azərbaycanın xalq rəssamı vəfat etdi — Aznews.az, 13 fevral 2019