Jump to content

Wn/az/Azərbaycanın voleybol klubu Dünya çempionu oldu

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Azərbaycanın voleybol klubu Dünya çempionu oldu


15 oktyabr 2011, Şənbə

Dünən Bakının "Rabitə" komandası qadın voleybol klubları arasında keçirilən dünya çempionatının qalibi olub. Onlar Qətərin paytaxtı Dohada keçirilən klublararası dünya çempionatının finalında "Vakıfbank Günəş TTelekom"a 3:0 hesabı ilə qalib gəlməklə, adlarını Azərbaycanın valeybol tarixinə qızıl hərflərlə yazdırıblar. Bu nəticədən sonra Azərbaycan qadın voleybol klubları arasında dünya çempionatlarında qızıl medal qazanan 4-cü ölkə olmuşdur.

Qeyd edək ki, ilk dəfə bu turnir 1991-ci ildə Braziliyada təşkil olunmuşdur. İndiyə kimi cəmi 5 dəfə keçirilmiş turnirdə cəmi 4 ölkənin təmsilçiləri qalib gəlmişdir. Azərbaycanın qələbəsinə qədər bu uğura 2 dəfə Braziliya, hərəyə 1 dəfə isə İtaliya və Türkiyə təmsilçiləri imza atmışdır.

Mənbə

[edit | edit source]