Jump to content

Wn/az/Azərbaycanın ilk prezidenti Ayaz Müttəlibov 19 ildən sonra Bakıda

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Azərbaycanın ilk prezidenti Ayaz Müttəlibov 19 ildən sonra Bakıda


9 avqust 2011, Çərşənbə axşamı

1992-ci ildən Rusiyada məcburi mühacirətdə olan Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov oğlunun dəfnində iştirak etmək üçün avqustun 8-i axşam saat 20:00-da[1][2] Moskvadan Bakıya gəlib. O, Bakı hava limanında birbaşa Mərdəkan qəsəbəsindəki evinə gedib. Eks-prezident mediaya hər hansı açıqlama verməyib.

Cənab Mütəllibovun Bakıda neçə gün qalacağı məlum deyil. Qeyri-rəsmi mənbələrin məlumatına görə, eks-prezidentin ölkəyə buraxılmasına yüksək siyasi rəhbərlik, konkret olaraq ölkə başçısı İlham Əliyev icazə verib[3].

Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov 49 yaşında vəfat edib. Mərhum onkoloji xəstəlikdən əziyyət çəkib. Yas mərasimi avqustun 9-da saat 11-də Bakıdakı Təzə Pir məscidində keçirilib. Elə həmin gün Yasamal qəbiristanlığında olunub.

ASDP həmsədri Araz Əlizadə Azad Mütəllibovun 1 ildən artıq müddətdə ağır xəstəlik dövrü keçirdiyini deyib və Heydər Əliyev Fondunun onun müalicəsinə yardım göstərdiyini vurğulayıb. Araz Əlizadə bildirib ki, mərhumun 7-nə qədər Ayaz Mütəllibovun ölkədə qalmasını təmin etməyə çalışırlar. ASDP sədri dövlət başçısına və onun xanımı Mehriban Əliyevə özünün və Ayaz Mütəllibovun adından təşəkkür etdiyini bildirib[4].

Qeyd edək ki, Azərbaycan hakimiyyəti Ayaz Mütəllibovu 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya daxil olmasında və Xocalı soyqırımı zamanı mülki əhaliyə kömək göndərməməkdə ittiham edir. Ona qarşı cinayət işi qaldırılıb və indiyədək bağlanmayıb.

Yerli medianın məlumatına görə, rəsmi Bakı Ayaz Mütəllibovun və xanımının dəfn mərasimi ilə əlaqədar Bakıya gəlməsinə icazə verib. O, 1992-ci ildən indiyədək Bakıya gələ bilməyib. Belə ki, A.Mütəllibov bir neçə il əvvəl öz atasının dəfnində də iştirak edə bilməyib.

İstinadlar

[edit | edit source]
  1. Ayaz Müttəlibov polis nəzarətində
  2. AYAZ MÜTƏLLİBOV BAKIYA DÖNDÜ
  3. İlham Əliyev Ayaz Mütəllibova toxunulmazlıq hüququ verib
  4. AYAZ MÜTƏLLİBOVUN OĞLU SON MƏNZİLƏ YOLA SALINIR

Mənbə

[edit | edit source]