Jump to content

Wn/az/Azərbaycanın cənubunda zəlzələ baş verib

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Azərbaycanın cənubunda zəlzələ baş verib

Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ avqustun 28-də, yerli vaxtla saat 16:57-də Lerik rayonu ərazisində qeydə alınıb. Zəlzələ yerli vaxtla saat 17:04-də Lənkəran stansiyasından 12 km cənub-qərbdə qeydə alınıb.

Yeraltı təkanların maqnitudası 5.1 bal, dərinliyi isə 15 km olub.

Yaxın yaşayış məntəqələrində zəlzələ 3-4 bala qədər hiss olunub. Yeraltı təkanlar episentrdə 4 bala yaxın, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Mənbə

[edit | edit source]