Wn/az/Azərbaycanı 2012 Avroviziya Mahnı Müsabiqəsidə Səbinə Babayeva təmsil edəcək

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Azərbaycanı 2012 Avroviziya Mahnı Müsabiqəsidə Səbinə Babayeva təmsil edəcək
Jump to navigation Jump to search


Bookmark-new.svg
Wiki Eurovision Heart (Infobox).svg
Azərbaycan xəbərləri
Azərbaycanın yerləşdiyi ərazi

Azərbaycanın yerini göstərən xəritə

Azərbaycandakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, Azərbaycan Portalına baxın.
Flag of Azerbaijan.svg

13 fevral 2012, Bazar ertəsi

Dünən Bakıda 2012 Avroviziya Mahnı Müsabiqəsi milli seçim turlarının final konsertində Azərbaycanın təmsilçisinin adı müəyyənləşmişdir. Azərbaycanı bu prestjli musiqi tədbirində müğənni Səbinə Babayeva təmsil edəcək.

Azərbaycanın təmsilçisinin seçilməsi 3 ay davam edib. Finalda beş iştirakçı yarışıb:

  • Orxan Kərimli;
  • Elton İbrahimov;
  • Arzu İsmayılova;
  • Fəqan Cəfərov;
  • Səbinə Babayeva.

Azərbaycan ötən il Eldar Qasımov və Nigar Camal Ell/Nikki duetinin Düsseldorf şəhərində keçirilən 2011 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasından sonra Avropanın populyar musiqi tədbirinə ev sahibliyi etmək hüququnu qazanıb.

2012 Avroviziya Mahnı Müsabiqəsi may ayının 22-dən 26-a qədər Bakı şəhərində keçiriləcək. Bu ilki müsabiqə “Light you Fire” şüarı altında keçirilir.

Mənbə[edit]