Wn/az/Artur Rasizadə Kiyevdə Metsamor AES-in təhlükə mənbəyi olduğunu vurğulayıb
Appearance
20 aprel 2011, Çərşənbə
Ermənistan xəbərləri
- 17 February 2025: Wn/az/Mövlud Çavuşoğlu Ermənistandakı ekstremist qruplar haqqında danışıb
- 17 February 2025: Wn/az/Ermənistanda Robert Koçaryanın yenidən həbsi Serj Sarkisyanın isə dindirilməsi gözlənilir
- 17 February 2025: Wn/az/Ermənistanın elektrik sistemində qəza baş verib
- 17 February 2025: Wn/az/Azərbaycan Vikimənbədə Ermənistanı keçdi
- 17 February 2025: Wn/az/Ermənistanda 20 nəfəri Azərbaycana işləməkdə ittiham ediblər
Ermənistanın yerləşdiyi ərazi

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə aprelin 19-da Kiyevdə olub. Çernobıl Atom Eelektrik Stansiyasında baş vermiş qəzanın 25 illiyinə həsr olunmuş sammitdə iştirak edən baş nazir çıxışında deyib ki, texnogen fəlakətin nəticələrinin aradan qaldırılmasına qatılan 8 min azərbaycanlı öz sağlamlığını itirib.
AzərTAc-ın məlumatına görə, Artur Rasizadə Ermənistandakı Metsamor Atom Eelektrik Stansiyasının seysmik təhlükəli zonada yerləşən bir obyekt kimi Türkiyə, İran, Gürcüstan və Azərbaycan üçün çox böyük təhlükə mənbəyi olduğunu vurğulayıb. O, dünya birliyini artıq dağıdıcı zəlzələlərin baş verdiyi Ermənistandakı AES-in bağlanmasına kömək etməyə çağırmışdır.

