Wn/az/Abgül Süleymanov xüsusi qapalı həbsxanaya göndərilib

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Abgül Süleymanov xüsusi qapalı həbsxanaya göndərilib
Jump to navigation Jump to search


Bookmark-new.svg
Azərbaycan xəbərləri
Azərbaycanın yerləşdiyi ərazi

Azərbaycanın yerini göstərən xəritə

Azərbaycandakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, Azərbaycan Portalına baxın.
Flag of Azerbaijan.svg

29 dekabr 2014, Bazar ertəsi

Abgül Süleymanov başqa həbsxanaya köçürülüb

İlahiyyatçı Hacı Abgül Süleymanov 13 saylı Cəzaçəkmə Müəssisəsindən köçürülüb.

Vəkil Zaman Səmədovun verdiyi məlumata görə, Abgül Süleymanov 13 saylı CM-dən 8 saylı qapalı tipli CM-ə köçürülüb: “Hələlik özü ilə görüşə bilməmişəm. Görüş üçün müvafiq qurumlara müraciət edəcəm. Hazırda işlər gedir. Amma hələ qanuni qüvvəyə minməmiş digər qapalı rejimli həbsxanaya köçürülməsi düzgün deyil. Amma qanunda o da var ki, qapalı rejimli həbsxanadan xüsusi cəzaçəkmə müəssisəsinə köçürülmə nəzərdə tutulub, yəni burada qanunsuzluq yoxdur”.

Vəkil onu da qeyd edib ki, tərəfindən hazırda iş üzrə müvafiq işlər davam etdirilir: “Əlavə məlumatlar əldə olunan kimi veriləcək”

Mənbə[edit]