Wn/az/AFFA U-16 yığma komandasını Miloş Velebitə həvalə edib

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > AFFA U-16 yığma komandasını Miloş Velebitə həvalə edib
Jump to navigation Jump to search
Azərbaycan xəbərləri
Azərbaycanın yerləşdiyi ərazi

Azərbaycanın yerini göstərən xəritə

Azərbaycandakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, Azərbaycan Portalına baxın.
Flag of Azerbaijan.svg

AFFA U-16 yığma komandasını serbiyalı mütəxəssis Miloş Velebitə həvalə edib. Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Velebitin işinin federasiyanın istəyinə uyğun olduğunu deyib: "Yığma komandaların baş məşqçiləriylə görüşüb fikir mübadiləsi apardıq. Bundan əlavə, U-16 milli komandasını serbiyalı mütəxəssis Miloş Velebit çalışdıracaq. Onun işi bizə uyğun olduğu üçün üzərində dayandıq. Serbiyanın uşaq futbolunda tətbiq etdikləri proqramı bizdə də reallaşdırmaq istəyirlər. Aşağı yaş qruplarında yaxşı təməl qoya bilərlər. Onların Serbiyada proqramı uğurlu olub və gənclər komandasını dünya çempionu ediblər. Daha öncə U-21-ə də namizəd idi, lakin bu post Milan Obradoviçə həvalə edildi. Miloş Velebit bundan sonra U-16 millisini çalışdıracaq. Əsas milliyə namizəd olan Nikola Yurçeviçlə isə bağlı son qərar yoxdur".

Velebit Serbiyanın U-17, U-18, U-19 millilərində baş məşqçi, U-20 yığmasında məşqçi kimi çalışıb. Serbiyanın U-20 millisi 2015-ci ildə Yeni Zelandiyada keçirilən dünya çempionatında qalib olub.

Mənbə[edit]


Bookmark-new.svg