Jump to content

Wn/az/AFFA "Qəbələ" futbol klubunun baş məşqçisi Zaur Haşımovu cəzalandırıb

From Wikimedia Incubator
< Wn | az
Wn > az > AFFA "Qəbələ" futbol klubunun baş məşqçisi Zaur Haşımovu cəzalandırıb

12 February 2019, Tuesday

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. "Qafqazinfo" saytı xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının XVI turunun "Sabah" futbol klubu ilə "Qəbələ" futbol klubu arasında keçirilən matçın 45+1-ci dəqiqəsində "Sabah" futbol klubunun 9 nömrəli futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oyunun 90+5-ci dəqiqəsində "Qəbələ" klubunun baş məşqçisi Zaur Haşımov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat сərimə olunur.

Mənbə

[edit | edit source]