Wn/az/ABŞ səfirliyi Masallıda qadın sahibkarlar üçün iftar süfrəsi açıb
- 17 February 2025: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 17 February 2025: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 17 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 17 February 2025: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 17 February 2025: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
- 17 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 17 February 2025: Wn/az/Ukrayna ilk dəfə silah istəyi ilə Vaşinqtona müraciət edib
- 17 February 2025: Wn/az/ABŞ polisi Los-Anceles şəhərindəki bir evdən 1.000-dən çox odlu silah ələ keçirib
- 17 February 2025: Wn/az/Nyu-Yorkun Qambino ailəsindən olan Frank Kali qətlə yetirilib
- 17 February 2025: Wn/az/Donald Tramp 2020-ci il üçün ABŞ Silahlı Qüvvələrinin büdcəsinin 750.000.000.000 ABŞ dollarına qədər artırılmasını tələb edib
6 iyun 2018, Çərşənbə ABŞ-ın müvəqqəti işlər vəkili Viliam Gill Masallıda yerli qadın sahibkarlar və digər icma üzvləri üçün iftar süfrəsi açıb. Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və BMT-nin İnkişaf Proqramının (BMT İP) nümayəndələri iftar süfrəsində iştirak edib.Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Səfirliyin müvəqqəti işlər vəkili Gill qeyd edib ki, bu il müqəddəs Ramazan ayı ilk müsəlman parlament respublikası olan və qadınlara səs hüququ verərək gender bərabərliyini bərqərar edən ilk müsəlman dövləti Azərbaycan Demokratik Respublikasının (ADR) 100 illik yubileyi ilə eyni vaxta təsadüf edir.
O, ADR-in zəngin irsini və bu irsin qadınların nailiyyətləri və onların cəmiyyətdə mühüm rolları vasitəsilə yaşadığını qeyd edib.
Məlumatda deyilir ki, ABŞ səfirliyi iftarda iştirak edən qadınların çoxunun ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və BMT İP-in dəstəyindən faydalanaraq kiçik müəssisələr yaratmasından, özləri, ailələri və cəmiyyətləri üçün yeni imkanlar yaratmasından məmnundur.
ABŞ-da Ramazan ayı Tunisin ABŞ-dakı səfiri Sidi Süleyman Mellimellinin şərəfinə Prezident Tomas Jeffersonun iftar naharından başlayaraq 200 ildən artıqdır qeyd olunur. Bu gün 3 milyondan çox amerikalı müsəlman Ramazanda bir araya gələrək sülh, xeyriyyə və bağışlama kimi ümumi dəyərlər üzərində düşünür.


