Wn/az/ABŞ səfirliyi Azərbaycana ekoturizmi üzrə ekspert dəvət edib
3 aprel 2018, Çərşənbə axşamı
- 17 February 2025: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 17 February 2025: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 17 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 17 February 2025: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 17 February 2025: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu

ABŞ-ın Azərbaycandakı səfirliyi Şərqi Karolina Universitetinin eko-turizm üzrə eksperti, professor Paige Vireni ölkənin ekoturizm sektorunu inkişaf etdirmək üçün Azərbaycana səfərini təşkil edib. ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, aprelin 2-dən 8-dək nəzərdə tutulan səfər zamanı o, ABŞ-ın milyardlarla dollarlıq ekoturizm sektoru ilə bağlı öz biliklərini bölüşmək üçün yerli biznes, dövlət rəsmiləri, tələbə qrupları və turizm idarəçiləri ilə görüşəcək. Məlumatda deyilir ki, Azərbaycanda ekoturizm böyük potensiala malikdir. “Bu, iqtisadi diversifikasiyanın əsas hissəsi olmaqla regionların əhalisinin, eləcə də təhsilli gənc azərbaycanlıların iqtisadiyyata töhfə verməsinə imkan yaradır. Bundan əlavə, ekoturizm ətraf mühitin qorunması, çirklənmənin azaldılmasını və təbii ehtiyyatlarını məsuliyyətlə idarə edilməsini təşviq edir”. Xanım Virenin 12 ildən çox turizm sənayesi üzrə təcrübəsi var. Onun təcrübə sahəsi istehlakçı davranışı və turizmdir və burada əsas diqqət əyalətlərdə davamlı cəmiyyətə əsaslanan turizm və macəra səyahətinə yönəldilir.