Wn/az/“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib
19 sentyabr 2020, Şənbə
- 27 August 2023: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 27 August 2023: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə “İrsimiz məsuliyyətimizdir” adlı layihəyə başlanılıb.Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Rüfət Mahmud, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və tərəfdaş qurumların əməkdaşları layihə tədbirində iştirak ediblər. Layihə çərçivəsində Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən XIX əsrə aid tikili – tarixi hamam binası ətrafında təmizlik-abadlıq işləri aparılıb. Mühafizə lövhəsi yenilənib.
Açıqlama verən Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov “İrsimiz məsuliyyətimizdir” layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, aksiyanın əsas məqsədi ölkəmizin qədim və zəngin mədəni irs nümunələrinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi, eyni zamanda ictimaiyyətin diqqətini bu məsələyə yönəltməkdir: “Abidələr bizim irsimiz, tarixi yaddaşımız, milli kimliyimizi göstərən bir mirasdır. Bu gün burada yerləşən tarixi tikili ətrafında təmizlik işləri apardıldı. Ümid edirik ki, təkcə dövlət qurumları yox, həm də vətəndaşlarımız, media nümayəndələri, sosial şəbəkələrdəki fəallar, qeyri-hökumət təşkilatları da bu prosesə qoşulacaqlar”
Anar Kərimov çıxışında “İrsimiz məsuliyyətimizdir” layihəsi ölkəmizin başqa guşələrində də davam etdiriləyini nəzərə çatdırıb. Respublika üzrə dövlət mühafizəsinə götürülmüş tarixi abidələrin sayı 6308-dir:
Monitorinqlər nəticəsində abidələrin də müvafiq meyarlar üzrə bu siyahıya əlavə olunmasını vurğulayıb. Bundan sonra prioritetləri müəyyən edərək abidələrdə bərpa və konservasiya işləri həyata keçiriləcək.
Özəl sektorun iştirakını təmin etmək üçün müvafiq şəraitin yaradılması, bəzi güzəştlərin edilməsi istiqamətində də iş aparılır”.Aksiyada iştirak edən Buzovna qəsəbəsinin sakinləri tarixi abidəyə göstərilən diqqətə görə öz minnətdarlığını bildiriblər. Hamam XIX əsrdə Məmmədrza Təhməzov tərəfindən tikilib və uzun müddət Buzovna qəsəbəsində yaşayan əhalinin istifadəsində olub.Layihə çərçivəsində davamlı olaraq bu cür aksiyaların keçirilməsi nəzərdə tutulub.[1]