Wn/az/Əfqanıstandakı taliblər Üsamə Bin Ladenin öldürüldüyünün təsdiq edilmədiyini bildirib
Appearance
4 may 2011, Çərşənbə
Əfqanıstan xəbərləri
- 4 September 2018: Wn/az/Cəlaləddin Hakkani ölüb
- 26 August 2018: Wn/az/Əfqanıstanda prezidentə sui-qəsd cəhdi
- 21 August 2018: Wn/az/Əfqanıstan ilə Taliban atəşkəs elan edib
- 4 June 2018: Wn/az/Kabildə dini liderlər və alimlərin toplaşdığı yerdə partlayış törədilib
- 22 September 2011: Wn/az/Əfqanıstanın sabiq prezidenti Bürhanəddin Rəbbani qətlə yetirilib
Əfqanıstanın yerləşdiyi ərazi
Əfqanıstandakı taliblər Üsamə bin Ladenin öldürüldüyünün təsdiq edilmədiyini bildirib. Dünən Talibanın yaydığı bəyanatda bildirilib ki, ABŞ hökuməti Pakistanın Abbotabad şəhərindəki reyd zamanı bin Ladenin öldürüldüyünə dair əsaslı dəlillər açıqlamayıb. Taliban sözçüsü Zabiulla Mücahid deyib ki, bin Ladenə yaxın mənbələr onun öldürüldüyünü təsdiq etməyib. ABŞ rəsmiləri reyd və bin Ladenin cəsədinin dənizə atıldığına dair şəkillərin ictimaiyyətə açıqlanıb-açıqlanmaması məsələsini nəzərdən keçirir. 1996-2001-ci illər ərzində Əfqanıstanda hakimiyyətdə olan Taliban bin Laden və Əl-Qaidəyə sığınacaq vermişdi.
Mənbə
[edit | edit source]