Jump to content

Wn/az/Cəlaləddin Hakkani ölüb

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Cəlaləddin Hakkani ölüb

1980-ci illərdə sovet işğalına qarşı Rusiyaya müharibə elan edən və daha sonra Əfqanıstanın ən qorxunc təşkilatını yaradan Cəlaləddin Hakkani ölüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hakkani uzun müddət əziyyət çəkdiyi xəstəlik səbəbindən öz əcəli ilə ölüb.

"Hakkanilər" təşkilatının yaradıcısı Cəlaləddin Hakkani Taliban hərəkatının bir dövründə (1999) ona rəhbərlik edib, hətta 2001-ci ildə Taliban rejiminin devrilməsindən sonra ABŞ onun başına 5 milyon dollar mükafat qoyulub.

Amerikanın o dövrlərdə ən çox dəyər verdiyi adamlarından biri Cəlaləddin Hakkani olub. Məlumata görə, Rusiya ilə döyüşlərdə Hakkaniyə silah-sursat ehtiyatı üçün yardımı Pakistan hərbi kəşfiyyatı edib.

Hazırda təşkilatın başında Cəlaləddin Hakkaninin 40 yaşlı oğlu Siracəddin dayanır. Amerikan kəşfiyyatı ehtimal edir ki, son illərdə Əfqanıstanda keçirilən bütün böyük hücumların arxasında "Hakkanilər" təşkilatı dayanır.

Pakistanlı jurnalistlə söhbətləşən Siracəddin 2 il əvvələ qədər təşkilatın 2 min üzvü olduğunu deyib. Jurnalist iddia edir ki, bu gün həmin rəqəm 4 min də ola bilər, 10 min də.

İddialara görə, təşkilat rəhbərlərinin yaxınları Pakistanda yerləşib və onların təhlükəsizliyi qorunurdu. Pakistan isə bu iddiaları qəbul etmir. Rəsmi sənədlərdə isə Pakistanın bir çox təşkilatlarla razılaşmalarında C.Hakkaninin müdaxilə etdiyinə dair qeydlərin olduğu deyilir.

Mənbə

[edit | edit source]