Wn/az/Şəhriyar Məmmədyarov dünya çempionatında rapid növü üzrə gümüş medal qazanıb
12 dekabr 2018, Çərşənbə
Azərbaycan xəbərləri
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
- 21 December 2021: Wn/az/Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 29 September 2020: Wn/az/Gecə ərzində gərgin döyüşlər davam edib
Azərbaycanın yerləşdiyi ərazi
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Rusiyanın Sank-Peterburq şəhərində keçirilən dünya çempionatında rapid növü üzrə gümüş medal qazanıb. Yarışın son günündə 3 qələbə, 2 heç-heçə edən 33 yaşlı şahmatçı xallarını 10.5-ə çatdırıb və ikinci olub.
Azərbaycanın digər kişi şahmatçıları – Qədir Hüseynov 9 xalla 37-ci, Rauf Məmmədov 8 xalla 77-ci yerə çıxıb. Rusiya şahmatçısı Daniel Dubov 11 xalla rapid növü üzrə birinci olub. ABŞ təmsilçisi Hikaru Nakamura 10.5 xalla bürünc medala yiyələnib. Azərbaycanın qadın şahmatçılarından Gülnar Məmmədova 7.5 xalla 18-ci, Günay Məmmədzadə 7 xalla 39-cu,hərəyə 5.5 xal yığan Zeynəb Məmmədyarova 76-cı, Türkan Məmmədyarova 79-cu olub.
Mənbə[edit | edit source]