Jump to content

Wn/az/İranda İİKK avtobusu partladılıb

From Wikimedia Incubator
< Wn | az
(Redirected from Wn/az/İranda avtobus partladılıb; 20 nəfər həlak olub, 20 nəfər isə yaralanıb)
Wn > az > İranda İİKK avtobusu partladılıb

13 fevral 2019, Çərşənbə

İranın dövlət KİV-lərinin verdiyi məlumata görə, 13 fevral 2019-cu il tarixində İranın cənub-şərqində İslam İnqilabı Keşikçiləri Korpusu qarşı terror törədilib. Terror hadisəsi İranın Pakistanla olan sərhədinə yaxın yerləşən Zahidan ilə Xaş şəhərləri arasında səyahət edən bir İİKK avtobusunda baş verib. İlkin məlumata görə, terrorçuların törətdiyi partlayış nəticəsində korpusun azı 20 hərbçisi həlak olub, 20-si yaralanıb.

Növbəti gün, "Fars" informasiya agentliyi terror hadisəsi nəticəsində ölənlərin sayının 41 nəfərə çatdığını və onların yarısının mülki şəxslər olduğu açıqlayıb. Buna baxmayaraq, "Reuters" xəbər təşkilatının "Fars" informasiya agentliyinə istinadən yaydığı xəbərə görə, ölənlərin sayı 27-yə çatıb. Terror hadisəsi bu cür baş verib: partlayıcı qurğularla dolu bir nəqliyyat vasitəsindən istifadə edən intihar bombaçısı istifadə etdiyi nəqliyyat vasitəsini İİKK hərbi qulluqçularıyla dolu bir avtobusa doğru sürüb. Yaralananların sayı – 13 nəfər. "Fars" informasiya agentliyi tərəfindən paylaşılan video hadisə yerində – avtomobil yolunda qan və xarabalıqların olduğunu göstərir. Avtobus darmağın olmuş, qıvrılmış dəmir yığınına çevrilmişdi.

Sünni terror qruplaşması "Cayş əl-Ədl" (Ədalət ordusu) məsuliyyəti üzərinə götürüb. Bu terror qruplaşması 26 aprel 2017-ci ildə ən azı 9 İran sərhəd mühafizəçisinin ölümüylə nəticələn bir pusqunun məsulu olduğunu iddia etmişdi.

İran İslam Respublikasının Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif terror hadisəsinin ABŞ-ın rəhbərliyi ilə Polşanın paytaxtı Varşava şəhərində Orta Şərqin coğrafi siyasəti barədə keçirilən görüşlə əlaqədar olduğunu iddia edib. Zərif öz şəxsi "Twitter" hesabından yazıb: “(heşteq)Varşava sirki başladığı gün İranın terrora uğraması bir təsadüfdür? Xüsusilə də həmin terrorçuların koqortaları onu Varşava küçələrində qeyd edərkən və "Twitter" botları ilə dəstəkləyərkən?”

İslam İnqilabı Keşikçiləri Korpusu İranın ən güclü hərbi qulluqçularından ibarət bir hərbi birləşmədir və birbaşa Ali Lideri Ayatolla Əli Xameneiyin rəhbərliyi altındadır. Korpusda təxminən 125.000 nəfər xidmət göstərir. Korpus üç yerə bölünür quru, dəniz və hava.

Mənbə

[edit | edit source]