Wn/az/"Qəbələ" səfər qələbəsi sayəsində 4-cü pilləyə yüksəlib

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > "Qəbələ" səfər qələbəsi sayəsində 4-cü pilləyə yüksəlib
Jump to navigation Jump to search
Azərbaycan xəbərləri
Azərbaycanın yerləşdiyi ərazi

Azərbaycanın yerini göstərən xəritə

Azərbaycandakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, Azərbaycan Portalına baxın.
Flag of Azerbaijan.svg

"Report" xəbər verir ki, həftənin ilk oyununda "Sabah" "Qəbələ"ni qəbul edib.

Masazırda "Əlincə Arena"da baş tutan görüş əyalət təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 31-ci dəqiqədə qonaqların forvardı Rauf Əliyev açıb. Bundan 10 dəqiqə sonra isə debütantın hücumçusu Marko Deviç "fərqlənib". Ukraynalı legioner ikinci dəfə simulyasiya görə sarı vərəqə aldığı üçün meydandan qovulub.

Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş dəqiqələrdə maraqlı hadisə baş verib. "Sabah"ın qolkiperi künc zərbəsi zamanı "Qəbələ"nin cərimə meydançasına gəlib. "Qırmızı-qaralar" rəqibi əks-hücumda tutsalar da, Atakora Lalavele topu boş qapıdan keçirə bilməyib.

Bu qələbədən sonra xalını 23-ə çatdıran "Qəbələ" "Sabah"ı keçərək 4-cü pilləyə yüksəlib. Meydan sahibləri 20 xalla 5-ci yerdədir.

Hesabat turu saat 18:30-da start götürəcək "Sumqayıt" - "Qarabağ" oyunu ilə davam edəcək. Bazar günü isə "Neftçi" - "Keşlə" və "Səbail" - "Zirə" görüşləri baş tutacaq.

Mənbə[edit]


Bookmark-new.svg