Wn/az/"Qəbələ" futbol klubu "Sumqayıt" futbol klubunu 1:0 hesabıyla məğlub edib (3 fevral 2019)
3 fevral 2019, Bazar
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
- 21 December 2021: Wn/az/Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 29 September 2020: Wn/az/Gecə ərzində gərgin döyüşlər davam edib
3 fevral 2019-cu il tarixində Azərbaycan Premyer Liqasının XV turunun növbəti oyunu keçirilib. Qəbələ şəhər stadionunda keçilən qarşılaşmada şəhəri təmsil edən eyniadlı futbol klubu "Sumqayıt" futbol klubunu qəbul edib. İlk dəqiqələrdən hər iki komandanın cəhdlərinə baxmayaraq, birinci hissədə hesab açılmayıb. Fasilədən sonra da bərabər səviyyəli oyun müşahidə olunub. Qarşılaşmanın əsas vaxtının bitməsinə altı dəqiqə qalmış qəbələlilər hesabı açmağa nail olublar. "Qəbələ" klubunun fransız legioneri Stiven Monroz uzaq məsafədən baxımlı qola imza atıb – 1:0. Qoldan sonra var qüvvəsi ilə irəli atılan sumqayıtlıların cəhdləri uğursuz olub və hesab dəyişməyib. Beləliklə, "Qəbələ" qış fasiləsindən sonra keçirdiyi ilk oyununda qələbə qazanıb. Bu qələbən sonra xallarını 20-yə çatdıran "Qəbələ" 5-ci, "Sumqayıt" isə 15 xalla 6-cı yerdə qərarlaşıb.
Mənbə[edit | edit source]
- “Qəbələ” son dəqiqələrdə vurduğu qolla qələbə qazanıb — sia.az, 3 fevral 2019