Jump to content

Wn/az/"Naxçıvan Muxtar Respublikasının coğrafiyası"nın II cildi nəşr olunub

From Wikimedia Incubator
< Wn | az
Wn > az > "Naxçıvan Muxtar Respublikasının coğrafiyası"nın II cildi nəşr olunub

Redaktorlar

[edit | edit source]

Akademiklər Ramiz Məmmədov və İsmayıl Hacıyevin baş redaktorluğu ilə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası" ikicildliyinin sonuncu cildi çapdan çıxıb.[1]

Naxçıvan Muxtar Respublikasının coğrafiyası (II cild)

Haqqında

[edit | edit source]

10 fəsildən, 380 səhifədən ibarət monoqrafiyada zəngin təbii şəraitə, iqtisadi və sosial-demoqrafık potensiala malik olan muxtar respublikanın iqtisadi, sosial və siyasi coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələri öz əksini tapmışdır. Fundamental əsərdə Naxçıvan Muxtar Respublikasının siyasi-coğrafi və iqtisadi-coğrafi mövqeyi, öyrənilməsi tarixi, təbii şəraiti və təbii ehtiyatları, toponimikası, demoqrafik proseslərin inkişaf meylləri və əhalinin məskunlaşması, sənaye, kənd təsərrüfatı və infrastrukturun əsas sahələri araşdırılmaqla, inzibati-ərazi vahidləri iqtisadi-coğrafi istiqamətdə geniş təhlil edilmişdir.

Elmi redaktorlar

[edit | edit source]

Kitabın elmi redaktorları AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları – c.ü.e.d. Zakir Eminov və c.ü.f.d. Nizami Eyyubovdur.

Xarici keçidlər

[edit | edit source]

Mənbə

[edit | edit source]
  1. “Naxçıvan Muxtar Respublikasının coğrafiyası"nın II cildi