Template:Wn/az/Ana Səhifə-xəbərlər

From Wikimedia Incubator
Cümə axşamı, 6 oktyabr 2011 Cümə axşamı, 6 oktyabr 2011
Qarabağ savaşı

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində ötən gün hər iki tərəfdən itkilər olub.

Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsi radiosuna bildiriblər ki, Ermənistan tərəfin atəşkəs rejimini pozması nəticəsində Tərtər və Tovuz rayonlarında Azərbaycan Silahlı Qüvvələrinin hərbiçiləri Novruz Əliyev və Süleyman Əsgərov həlak olub. Xəbər səhifəsinə bax...

İtalyanca Vikipediya 4 avqust 2011 tariximdən etibarən İtaliya parlamentində müzakirə edilən qanunla əlaqədar olaraq tətil keçirdi. Bu qanun layihəsinə əsasən istənilən şəxs, bütün veb-saytlardan 48 saat ərzində özünə dair şərəf və ləyaqətinin pozulduğunu güman etdiyi bütün məlumatın çıxarılmasını tələb edə bilər. Bu müraciəti alan sayt rəhbərliyi həmin müddətdə qeyd edilən məlumatı çıxarmağa borcludur. bu isə o deməkdir ki, hansısa tanınmış şəxs özü haqqında yayılan məlumatın hansının arzuolunan, hansının arzuolunmaz olduğunu müəyyən edə və bununla da Vikipediyada yerləşdirilmiş məlumatın neytrallığına ziyan yetirə bilər. Xəbər səhifəsinə bax...

Cümə, 7 oktyabr 2011 Bazar ertəsi, 10 oktyabr 2011
Nikola Sarkozi

Oktyabrın 7-də Fransa prezidenti Nikola Sarkozi Azərbaycanda rəsmi səfərdə olub.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, Azərbaycan və Fransa prezidentləri İlham Əliyevlə Nikola Sarkozinin təkbətək görüşündə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişafından danışılıb.

Prezidentlər iki ölkə arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xəbər səhifəsinə bax...

Oktyabrın 5-də, ABŞ-ın Kaliforniya ştatın Palo Alto şəhərdə Apple və Pixar şirkətlərin təsisçi, ixtiraçı Stiv Cobs dünyanı dəyişdi. Bu adam dünyanın birinci şəxsi kompyuterlərdən birini yaradıb. Apple şirkətinin həmtəsisçisi Stiv Cobs uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 56 yaşlı texnoloji əfsanə bir sıra sənayeyə dəyişiklik gətirən ixtiraçı idi. Apple şirkətinin icraçı direktoru Tim Kuk Cobsı gözıl insan və ixtiraçı dahi adlandırıb. 2009-cu ildə o,qara ciyər transplantasiyası kimi cərahiyyə əməliyyatı keçirsə də, işini davam etdirirdi. Avqust ayında Cobs istefa qərarını bəyan etmişdi. Xəbər səhifəsinə bax...