Template:Wn/az/Ana Səhifə-xəbər2
Ermənistanın paytaxtı İrəvanda və bəzi rayonlarında 10 iyul 2019 tarixində, günorta saatlarından elektrik enerjisi təminatında problemlər yaranıb. Telefon stansiyası və internet ara-sıra kəsilib, İrəvan metropolitenində hərəkət dayanıb. İrəvan sakinləri elektrikin qeyri-sabitliyi nəticəsində məişət elektrik cihazların sıradan çıxması halları barədə xəbər veriblər.
Ermənistan baş nazirinin müavini Tiqran Avinyan ölkə elektrik sistemində problem yarandığını bildirib. Tiran Avinyan Ermənistan energetik sistemində qəza baş verdiyini bildirib: "Ermənistan energetik sistemində qəza baş verib. İrəvan istilik elektrik stansiyası və Hrazdan istilik elektrik stansiyasının 5-ci bloku dayandırılıb. Bütün respublika üzrə elektrik enerjinin kəsilməsi halları mümkündür", - Ermənistan baş nazirinin müavini yazıb və problemi "axşam saat 7-yə qədər həll etmək üçün" təmir işləri aparıldığını bildirib.