Wn/az/Türkiyə Fransa prezidentinin sözlərini sərt tənqid edib
|
Xəbərləri dostlarınla bölüş: |
8 oktyabr 2011, Şənbə
- 21 May 2012: Wn/az/Aziz Yıldırım rekord səslə yenidən "Fənərbaxça"nın prezidenti seçildi
- 2 March 2012: Wn/az/Türkiyədə partlayış törədilib
- 11 November 2011: Wn/az/Van zəlzələsinin qurbanlarının sayı artır
- 11 November 2011: Wn/az/Türkiyənin Van vilayətində yeni zəlzələ baş verib
- 2 November 2011: Wn/az/Rəcəb Tayyib Ərdoğan Suriya hadisələrinə münasibət bildirib
Türkiyə hökuməti Fransa prezidenti Nikolas Sarkozinin Ankaranın təxminən bir əsr əvvəl türklərin ermənilərə qarşı soy qırımını tanımalı olduğunu deməsini sərt tənqid edib. Bu gün Türkiyənin Avropa məsələləri üzrə naziri Egemen Baxışa istinad edən dövlət televiziyası bildirib ki, cənab Sarkozinin şərhi yersizdir. Cənab nazirin sözlərinə görə, tarixi araşdırmaq siyasətçilərin işi deyil. Ermənistana səfər edən Fransa prezidenti deyib ki, Türkiyə də daxil olmaqla bütün qüdrətli ölkələr tarixlərini nəzərdən keçirməklə şərəfli iş görməlidirlər. O, eyni zamanda bildirib ki, Fransa parlamenti Fransada ikinci dünya müharibəsində yəhudilərin soyqırımı hesab edilən Holokost kimi, bu soyqırımın danılmasını da cinayət hesab edə bilər. Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu buna cavab olaraq bildirib ki, Fransa yaxşı olardı ki, öz keçmişini, xüsusilə də Afrika qitəsindəki millətlərə qarşı etdiklərini araşdırsın.