Wn/az/Alimlər dünyada həyatın olmadığı yeri aşkar ediblər

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Alimlər dünyada həyatın olmadığı yeri aşkar ediblər

3 noyabr 2019, Bazar

Fransalı alimlər dünyada həyatın olmadığı yeri aşkar ediblər. Bununla bağlı araşdırma “Nature Ecology & Evolution” jurnalında nəşr olunub.

Alimlər Efiopiyanın Dallol vadisində heç bir bakteriyanın olmadığını müəyyən ediblər. Tədqiqatçılar bu vadidəki suyun tərkibinin isti, turşu (pH ~ 0), həmçinin çox miqdarda maqneziumdan ibarət olan şoran məhluldan ibarət olduğunu öyrəniblər.

Alimlərin qeyd edir ki, suyun belə bir tərkibi canlı hüceyrələrin məhv olmasına səbəb olur.

Mənbə[edit | edit source]