Wn/az/Meksikada kütləvi qəbirlərdən 183 cəsəd tapılıb

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Meksikada kütləvi qəbirlərdən 183 cəsəd tapılıb


27 aprel 2011, Çərşənbə

Meksika baş prokuroru Marisela Moralesin bildridiyinə görə, ölkənin şimal-şərqində Birləşmiş Ştatlar sərhədi yaxınlığında aşkar edilən kütləvi qəbirlərdən 183 cəsəd tapılıb. Xanım Morales bu açıqlamanı dünən 17-i polis işçisi olmaqla, qətllərdə əli olmaqda şübhəli bilinən 74 nəfərin həbs edilməsindən sonra verib. Keçən ilin avqust ayında qətlə yetirilən insanların cəsədlərinin San-Fernando ştatındakı Tamaolipas məntəqəsində aşkar edildiyi deyilir.Meksika rəsmiləri bu zorakılıqlarda narkotik maddə qaçaqmalçılığı ilə məşğul olan Zeta cinayət qrupunun əli olduğunu deyirlər.

Mənbə[edit | edit source]