Wn/az/Meksikada narkobanda ilə atışma olub
From Wikimedia Incubator
|
Xəbərləri dostlarınla bölüş: |
10 may 2011, Çərşənbə axşamı
Meksika xəbərləri
- 14 October 2011: Wn/az/Meksikada kütləvi məzarlıqlar aşkar olunur
- 22 September 2011: Wn/az/Meksikada 35 cəsəd aşkar edilib
- 10 May 2011: Wn/az/Meksikada narkobanda ilə atışma olub
- 27 April 2011: Wn/az/Meksikada kütləvi qəbirlərdən 183 cəsəd tapılıb
Meksikanın yerləşdiyi ərazi
Meksika hərbi donanması bildirir ki, təhlükəsizlik qüvvələri ilə Zetas narkobandasının üzvü olmaqda şübhəli bilinən şəxslər arasında baş verən atışmada bir dəniz piyadası daxil olmaqla 13 adam həlak olub.
Rəsmilər Texasla sərhəddəki Falkon Gölündə keşik çəkən əsgərlərin adada narko-düşərgə aşkar etdiklərini və bundan sonra atışmanın başlandığını bildirib.
Rəsmilər qarşıdurmada 20 silah müsadirə etdiklərini bildiriblər.
Ötən sentyabrda ABŞ vətəndaşı David Hartley Falkon Gölü sahilində aşkar olunmuş və güllələnmişdi. Onun cəsədi indiyədək də tapılmayıb.