Jump to content

Wy/az/Qlazqo

From Wikimedia Incubator
< Wy | az
Wy > az > Qlazqo

Qlazqo — Şotlandiyanın ən böyük şəhəri və əhalisinin sayına görə Böyük Britaniyada (London, BirminhemLidsdən sonra) dördüncü ən böyük şəhərdir. Şəhər Qlazqo regionunun inzibati mərkəzidir. Qlazqo Böyük Britaniyanın şimal-qərb hissəsində yerləşir və Klayd çayının qərb sahilləri boyu uzanır.

Çoxlu sayda parkları, xiyabanları, saray və qədim kilsələri şəhərə xüsusi gözəllik verir. Qlazqo, tarixi abidələri və heyrətamiz memarlıq inciləri ilə Avropanın mədəniyyət paytaxtı titulunu daşıyır.

İnzibati bölgüsü

[edit | edit source]
Qlazqonun 21 seçki dairəsi

Qlazqonun 21 seçki dairəsindən ibarətdir və hər dairədən şəhər bələdiyyəsinə 3 və ya 4 nəfər seçilir.

1. Linn
2. Nyulends / Oldburn
3. Qreyter Pollok
4. Kreyqton
5. Qovan
6. Pollokşilds
7. Lanqsayd
8. Sautsayd Sentral
9. Kalton
10. Anderston / Siti
11. Hillhed
12. Partik Vest
13. Qarskadden / Skotstaunhill
14. Dramçapel / Enislend
15. Merihill / Kelvin
16. Kanal
17. Sprinqburn
18. İst Sentr
19. Şetlston
20. Beyliston
21. Nort İst

Nəqliyyat

[edit | edit source]

Avtomobil nəqliyyatı

[edit | edit source]
Qlazqonun avtomobil magistralı (havadan)

Ölkənin qalan hissələri ilə şəhəri bağlayan yollar:

  • A8/М8 — əsas magistral, Şotlandiyanın qərb sahilindən şərq sahilinə keçir və Qlazqonu Edinburqla bağlayır;
  • A82Dumbartondan Lox Lomonda və Şotlandiyanın yuxarı şimal-qərbindən keçir;
  • A80/M80Stirlinqin şimal-şərqinə aparır;
  • A74/M74 — Qlazqonu Şotlandiyanın cənub və İngiltərənin şimal vilayətləri ilə bağlayır;
  • A77/M77 — cənub-şərqdən Kilmarnokdan Eyrə kimi aparır;

İctimai nəqliyyat

[edit | edit source]
Qlazqoda avtobus

Şəhərdə 40 avtobus şirkətləri fəaliyyət göstərsə də, First şirkətinə avtobus nəqliyyatının 70%-lik payı düşür.

Metro stansiyası

1896-cı ildən fəaliyyət göstərən və tək xəttdən ibarət olan Qlazqo metropoliteni (London və Budapeştdən sonra) dünyanın üçüncü ən qədim metrosu sayılır. İlk dəfə metro xətti 1970-ci ildə, sonuncu dəfə isə 2011-ci ildə tamamilə modernləşdirilmişdir. Hər il Qlazqo metrosunu 13 milyon insan işlədir. Metro yerli sakinlər tərəfindən "Qurulan portağal" kimi tanınır.

Dəmiryolu nəqliyyatı

[edit | edit source]

Qlazqonun dəmiryolu nəqliyyatı Transport Scotland milli nəqliyyat agentliyi tərəfindən idarə olunur. Şəhərin Qlazqo Sentral və Kuin Strit dəmiryolu vağzallarından, qatarlar cənub, şimal və şimal-şərq istiqamətdə gedir.

Su nəqliyyatı

[edit | edit source]

Klayd çayı boyu çay tramvayları və dünyada sonuncu dəniz çarxlı ekskursiya gəmisi olan "Waverley" fəaliyyət göstərir. 2007-ci ilin iyun ayından Qlazqodan Arqayll və Byut birləşdirən dəniz təyyarəsi xidməti başlamdışdır.

Hava nəqliyyatı

[edit | edit source]

Qlazqoda iki beynəlxalq hava xidməti mövcüddur:

  • Qlazqo beynəlxalq hava limanı (GLA) — Şəhərin 13 kilometr qərbində yerləşir. Şotlandiyanın ən böyük beynəlxalq hava limanı 80 istiqamət marşrutuyla işləyir.
  • Prestvik hava limanı (PIK) — Prestvik şəhərinin ətrafında, 46 km cənub-qərbdə yerləşir. Aeroport 27 istiqamət marşrutuyla işləyir və Şotlandiyada hava trafik baxımından üçüncü yeri tutur.

Qalereya

[edit | edit source]

İstinadlar

[edit | edit source]