Wy/az/Moqadişo

Moqadişo — Somalinin paytaxtı, ən iri şəhəri və əsas limanı, onun maliyyə, mədəni və sənaye mərkəzi. Şəhər yerli dildə Xamar adlanır.
Şəhərin əhəmiyyətli məkanları[edit | edit source]
- Somali Milli Teatrı
- Qaresa Muzeyi
- Somali Milli Kitabxanası
- Somali Milli Universiteti
- Moqadişo Universiteti
- Benadir Universiteti
- Moqadişo stadionu
Nəqliyyat[edit | edit source]
Yol nəqliyyatı[edit | edit source]
Moqadişoda mikroavtobuslar ictimai nəqliyyatın ən işlənən növüdür. Şəhərində növbəti ən çox istifadə olunan ictimai nəqliyyat vasitəsi avtomatik rikşalardır. Rikşalara ümumiyyətlə qısa yollar üçün üstünlük verilir. 2013-ci ilin iyun ayından şəhərdə iki taksi xidməti fəaliyyət göstərir.
Hava nəqliyyatı[edit | edit source]
Ədən Adde Beynəlxalq Aeroportu 1990-ci ildə vətəndaş müharibəsi zamanı dağıntıya məruz qalmışdır. Ədən Adde Beynəlxalq Aeroportundan Somalinin bir neçə şəhərindən başqa, Cibuti, Ciddə və İstanbula reyslər mövcuddur.
Su nəqliyyatı[edit | edit source]
Moqadişo portu və ya Moqadişo Beynəlxalq Portu, ölkənin ən böyük limanıdır.
Qalereya[edit | edit source]
-
Lido çimərliyi.
-
Moqadişonun Beynəlxalq kosmik stansiyasından görünüşü.
-
İslam Həmrəylik Məscidi Afrika buynuzunda ən böyük məsciddir.
-
Moqadişo mərkəz türməsi.
-
Moqadişo portu ölkənin əsas milli dəniz limanı kimi xidmət edir.