Wy/az/Bakı-Sumqayıt marşrutu

From Wikimedia Incubator
< Wy‎ | azWy > az > Bakı-Sumqayıt marşrutu
Jump to navigation Jump to search

Qatarla[edit]

Yolun ümumi uzunluğu 84 kilometrdir.[1] Marşrut üzərində Bakı, Keşlə, Biləcəri, Xırdalan, Güzdək, Sumqayıt sərnişin stansiyaları, 10-cu və 6-cı blok post-ayırma məntəqələri yerləşir.[1] Stansiya və ayırma məntəqələrinin baş yolları üzərində 106 dəst yoldəyişən qurğu quraşdırılıb.[1] Sahədə sonuncu təmir işləri 1985-ci ildə aparılıb.[1] 2015-ci ildə isə bu marşrut xətti yenidən qurulub.[1]

Bakı sərnişin stansiyasının yenidən qurulması işləri çərçivəsində 4 yeni platforma inşa olunub.[1] Onların birinin uzunluğu 310, digərlərinin uzunluğu isə 254 metrdir.[1] Stansiyada qatarların qəbulu və yola salınması üçün nəzərdə tutulan yolların dördündə əsaslı təmir işləri görülüb, kontakt şəbəkəsi və işarəvermə avadanlıqları yenilənib.[1] Hazırda ümumi sahəsi 8 min kvadratmetr olan 17 mərtəbəli “Vağzal” mehmanxanasında və sərnişinlərin gözləmə zalında da əsaslı təmir işləri aparılır.[1] Sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt vağzalının binası yararsız halda olduğu üçün sökülüb və yeni binanın tikintisi nəzərdə tutulub.[1]

Qatara biletləri həm avtomatik köşklərdən, həm də kassalardan almaq mümkündür.[1]

Bu marşrut xətti üzrə sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün "Stadler Rail Group" şirkətinin sürətli elektrik qatarları istismara verilib.[1] Dörd vaqondan ibarət olan elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 919 nəfər, oturacaq yerlərinin sayı isə 396-dır.[1] İkimərtəbəli elektrik qatarlarında biznes-sinfə aid 84 oturacaq da var.[1] Sumqayıtdan Bakıya və əks istiqamətə qatarların hərəkəti müxtəlif intervallarla həyata keçiriləcək.[1] Sərnişinlərin sayından asılı olaraq hərəkət cədvəlinə əlavələr edilə bilər.[1]

Bakı-Sumqayıt şəhərətrafı yüksək sürət və rahatlıqla sərnişindaşımanı təmin etmək məqsədilə genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işlərinə start verilib. Sahə üzrə yeraltı piyada keçidi, hündür platformalar, müasir keçid postları inşa edilib, dəmir yollarının əsaslı təmirinə başlanılıb. İndiyədək 60 kilometr yol əsaslı təmir olunub.[1]

İstinadlar[edit]

  1. 1.00 1.01 1.02 1.03 1.04 1.05 1.06 1.07 1.08 1.09 1.10 1.11 1.12 1.13 1.14 1.15 1.16 İlham Əliyev Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak edib. president.az, 12.09.2015