Jump to content

Wy/az/Bakı

From Wikimedia Incubator
< Wy | az
Wy > az > Bakı
Wy/az/Bakı

Bakı Azərbaycanın paytaxtı və ən böyük şəhəridir. Xəzər dənizinin sahilində yerləşən və Qafqaz regionunun ən müasir şəhərlərindən biri olan Bakı tarix boyunca öz nefti ilə məşhur olmuşdur. Şəhərdə 5 milyon şəxs yaşayır ki, bu da şəhərin ölkədəki əhəmiyyətini əks etdirir. Bakı Azərbaycanın mədəniyyət, iqtisadiyyat, siyasət, maliyyə, ticarət, musiqi, elm və idman mərkəzidir.

Rayonlar

[edit | edit source]

Tanışlıq

[edit | edit source]

Tarixi

[edit | edit source]

Bakı şəhərinin ərazisində insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi, iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur. Abşeron ərazisində tapılmış arxeoloji materiallar Bakının qədim yaşayış məskəni olduğunu sübut edir. Bakının salındığı tarix dəqiq məlum deyildir.

Bakı X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrilmişdir. Orta əsrlərdə beynəlxalq ticarət yolları ayırıcında yerləşən Bakı Şərq və Qərb ölkələri arasındakı ticarətdə mühüm əhəmiyyətə malik idi və liman şəhəri kimi tanınmışdır. 1191-ci ildə Şamaxıda güclü zəlzələ baş verdikdən sonra şirvanşah I Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdür. XII əsrin sonu — XIII əsrin əvvəli Bakı şəhərinin feodal inkişaf dövrü olmuşdur. Bu dövrdə Qız qalası kimi və qala divarları kimi müdafiə qurğuları tikilmişdir. 1501-ci ildə şəhər Səfəvilər dövlətinin tərkibinə girmişdir. Bakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi-strateji əhəmiyyəti XVIII əsrin əvvəllərindən etibarən Rusiyanın diqqətini cəlb etməyə başlamış, hətta 1723-cü ildə I Pyotrun qoşunu Bakıya daxil olmuşdur. XVIII əsrin ortalarında isə burada Bakı xanlığı yaranmışdır. 1796-cı ildə Bakı xanlığının Rusiya tərəfindən işğal edilməsi nəticəsində Bakı Rusiya impersiyasının şəhərinə çevrilmişdir.

XIX əsrdən etibarən Bakı şəhəri Azərbaycanın ən əhəmiyyətli şəhərinə çevrilməyə başlamışdır. 1859-cu ildə baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı şəhəri dağılmış və Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülmüşdür. Neft sənayesinin inkişafı nəticəsində şəhərə müxtəlif ölkələrdən və müxtəlif millətlərdən olan insanlar axın etməyə başlamış, şəhər böyümüş və ölkənin iqtisadi mərkəzinə çevrilmişdir. SSRİ dövründə Bakı Azərbaycan SSR-in paytaxtı kimi təsbit olunmuşdur. İkinci dünya müharibəsi zamanı Bakı şəhəri SSRİ-nin üçün ən çox neft çıxaran şəhər olmuş, hətta Adolf Hitler neftlə zənging olan Bakını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi.

1945-ci ildən sonra isə şəhərin inkişaf prosesi xeyli güclənmiş, Bakı şəhəri Azərbaycanın iqtisadi inkişafında və ictimai əmək bölgüsündə olduqca yüksək səviyyəyə qalxa bilmişdir. 1988-ci ildə Azərbaycanda başlanan milli-azadlıq hərəkatının mərkəzi Bakı olmuşdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Bakı şəhəri sürətlə inkişaf etməyə, ölkənin mədəni və iqtisadi mərkəzi olmağa davam edir.

İqlim

[edit | edit source]

Bakının iqlimi mülayim isti yayı və qısa yumşaq qışı ilə fərqlənir. Qış mövsümündə qar az hallarda yağır. Yunanıstan və İtaliya ilə bir enlikdə yerləşən Bakının az yağıntı və bir az yüksək temperaturu var. Xəzər dənizi qışda donmur. Coğrafi mövqeyi səbəbilə Bakıda tez-tez küləklər əsir, hətta bu səbəbdən Küləklər şəhəri kimi tanınır. İllik yağıntı miqdarı 180-300 mm olur. Xəzri şimalda əsən küləyin, Gilavar isə cənubda əsən küləyin adıdır.

Bütün Azərbaycanda olduğu kimi Bakıda da əsas danışılan dil Azərbaycan dilidir. Şəhərdə danışılan ikinci əsas dil isə rus dilidir. Bunun səbəbi Azərbaycanın iki əsrə yaxın müddətdə Rusiyanın və SSRİ-nin tərkibində olmasıdır. Bakıda SSRİ dövründə doğulmuş xeyli şəxs yaşadığı üçün rus dilindən istifadə geniş yayılmışdır və rus dilindən danışan şəxslərlə tez-tez qarşılaşmaq mümkündür. Bakı əhalisi türk dilindən danışıq dili kimi istifadə etməsə də, Azərbaycan dilinə xeyli yaxın olduğu üçün, eləcə də, Türkiyə filmlərinə və kitablarına böyük maraq olduğu üçün bu dili asanlıqla başa düşürlər. Bakı şəhəri Azərbaycanın əsas turizm şəhəri olduğu üçün burada müxtəlif dillərdə danışan əcnəbi şəxslərlə qarşılaşmaq mümkündür.

Gəliş

[edit | edit source]

Gəzinti

[edit | edit source]

Metro

[edit | edit source]

Avtobus

[edit | edit source]

Taksi

[edit | edit source]

Velosiped

[edit | edit source]

Maşın

[edit | edit source]

Görməli yerlər

[edit | edit source]

Ediləcəklər

[edit | edit source]

Alış-veriş

[edit | edit source]

Yemək

[edit | edit source]

İçki

[edit | edit source]

Kommunkasiya

[edit | edit source]

Təhlükəsizlik

[edit | edit source]

Sağlamlıq

[edit | edit source]