Jump to content

Wy/az/Şuşa

From Wikimedia Incubator
< Wy | az
Wy > az > Şuşa
Şuşa

ŞuşaAzərbaycan nın Dağlıq Qarabağ bölgəsində şəhər. Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar.

Görməli yerləri

[edit | edit source]

Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü qonaqların ən sevimli yeri idi. Turşsu Şuşadan 40 km. aralıda – Laçın yolunun üstündə yerləşir. Sol tərəfdən isə Daşaltı çayı axır. Turşsu şəfalı və müalicəvi vannaları ilə məşhur idi.

Şuşanın gəzməli yerlərindən biri də Yuxarı Daşaltı idi. Xalq arasında bu istirahət yerinə "Şəmilin bağı" da deyilirdi. Bu yerin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, istirahət guşəsi Daşaltı çayının üstündə, "Ağzıyastı kaha" yerləşən Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşir.

Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə "Üçmıx" adı verilib. Cıdır düzündə hər il may ayında "Xarı-bülbül" mahnı festivalları keçirilirdi.

Şəhərin tanınmış məscidlərinə Aşağı Gövhər ağa məscidi, Yuxarı Gövhər ağa məscidi, Culfalar məscidi, Hacı Yusifli məscidi, Köçərli məscidi, Mamay məscidi, Mərdinli məscidi, Quyuluq məscidi, Saatlı məscidi, Seyidli məscidi, Çöl Qala məscidi, Xoca Mərcanlı məscidi, Təzə məhəllə məscidini və digərlərini qeyd etmək olar.

Şuşa tarixi-memarlıq qoruğuna daxil olan abidələrə Xan qızı Natəvanın evi, Qarabağ xan sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digərlərini qeyd etmək olar.

İstinadlar

[edit | edit source]