Jump to content

Wq/azb/آیزاک نیوتون

From Wikimedia Incubator
< Wq | azb
Wq > azb > آیزاک نیوتون
نیوتون یازدیغی کیتاب

سر آیزاک نیوتون Template:اینگیلیسجه (دوغوم: ۲۵ دئسامبر ۱۶۴۲ – اؤلوم: ۲۰ مارس۱۷۲۷) اینگیلیسلی فیزیکچی، ریاضیاتچی، مونجم، مخترع، فیلسوف و الاهیاتچی.اینسان تاریخین ان اونملی ریاضی چی لرینن و ان چوخ اتکیلدن اینسان بیلیم لردن بیری و بیلیم اینقیلابین ان اونملی فیقورلاردان بیریسی دیر. ۱۶۸۷ ده فیلوسوفی ناتورالیس پرینسیپیا ماتماتیکا آدیندا بیر کیتاب یایدی و کلاسیک مکانیکی قوردو. آیزاک نیوتون ۱۶۴۲ ایلین بایرام گئجه‌سینده آنادان اولدو. دونیایا گلنده چوْخ آریق و تئز دونیایا گلمیشیدیر کی طبیب‌لر دیری قالماغینا اینانمیردیلار. آتاسی وارلی اکینچی‌یدی و اؤچ آی آیزاک دونیایا گلمه‌میشدن قاباق اؤلموشدو. آناسی هانا تکینه اوشاقی بؤیودور. آیزاک ۱۶۶۱ ده ۱۸یاشیندا کمبریج بیلیم‌یوردونا یازیلدی.

سؤز

[edit | edit source]
سؤزلر, یازار یادا قایناق‌لار باخیمیندان الفبایی سیرایا گؤره سیرالانمیش‌دیر. - بیرده باخ


آ ، اَ

[edit | edit source]
  • Əgər başqa insanlardan mənim üçün bir şey etmələrini gözləsəydim heç bir şey edə bilməzdim.
  • Əgər daha irəlini gördümsə, nəhənglərin çiyinlərində dayandığım üçün olmuşdur.
  • Əgər mən başqalarından uzaq görürəmsə, deməli, nəhənglərin çiyinlərində dururam.
  • Əgər mən başqalarının mənə alət düzəltməyini gözləsəydim, heç vaxt heç nə edə bilməzdim.


ائ ، ایٛ ، ای

[edit | edit source]
  • Elm hüdudsuz bir okeandır, mən və bəzi dostlarım bu okeandan bir neçə damlanı içmək fürsətini əldən vermədik.
  • Elm öyrənərkən misallar qaydalardan daha faydalıdır.
  • Eşq körpü qurmaqdır. İnsanlar körpü quracaqları yerdə, divar hördükləri üçün tək qalarlar.


اوْ ، اؤ ، اۇ ، اۆ

[edit | edit source]
  • Ulduzların hərəkətlərini hesablaya bilərəm amma insanların dəliliklərini yox.


ب ، پ

[edit | edit source]
  • Bütün təbiəti izah etmək hər hansı bir adam üçün, hətta bütöv bir dövr üçün çox çətin məsələdir. Bunu tədricən, amma əminliklə etmək, qalanları isə sizdən sonra gələnlərə saxlamaq, əminlik olmadan hər şeyi fərziyyələr əsasında izah etməkdən daha yaxşıdır.


ت ، ث

[edit | edit source]
  • Tanrı hər şeyi ölçüylə yaratmışdır. Ağırlıq, ədəd və uzunluq.
  • Təbiət hadisələrini izah etmək üçün kifayət edən və həqiqi səbəblərdən başqa səbəblər qəbul edilməməlidir.
  • Təbiət sadədir və artıq səbəblərlə cah-calalla yaşamır.
  • Təsir həmişə bərabər və əks təsirə bərabərdir.



ج ، چ

[edit | edit source]

ح ، خ

[edit | edit source]

د ، ذ

[edit | edit source]
  • Dahi, məlum istiqamətdə cəmlənmiş fikrin səbridir.
  • Digər sübutlar olmadıqda, öz barmağım məni Allahın varlığına inandıra bilərdi.
  • Digər sübutları kənara qoysaq beş barmaq belə mənim Tanrının varlığına inanmağım üçün yetərlidir.
  • Dünyanın mənə necə yüksək qiymət verdiyini bilirəm, bununla belə, özümü qumluqda oynayan uşaq kimi hiss edirəm.
  • Dünyaya necə göründüyümü bilmirəm; amma mən özümü, hələ kəşf edilməmiş gerçəklərlə dolu bir okeanın sahilində oynayan, düz bir çay daşı ya da gözəl bir dəniz qabığı tapdığında sevinən bir uşaq kimi görürəm.


ر ، ز ، ژ

[edit | edit source]
  • Riyaziyyatda bir şeyləri əsla anlaya bilməzsən,yalnız onlara alışa bilərsən.

س ، ش

[edit | edit source]
  • Sağlam bir düşüncə olmadan, heç bir böyük ixtira edilməmişdir.
  • Sevgi körpü qurmaqdır. İnsanlar körpü quracaqları yerdə, divar hördükləri üçün yalnızdırlar.


ص ، ض

[edit | edit source]

ط ، ظ

[edit | edit source]

ع ، غ

[edit | edit source]

ک ، گ

[edit | edit source]
  • Kəmiyyət o vaxt maksimum və ya minimum adlanır ki, o, bu anda nə irəliyə, nə də geriyə axır.
  • Mən başqalarından ona görə çox gördüm ki, nəhənglərin çiyinlərinə çıxıb baxırdım.
  • Mən bunu öyrəndim, amma siz yox.
  • Mən dünyada kimi təmsil etdiyimi bilmirəm. Özümü həmişə dəniz sahilində gah hamar daşlar, gah qeyri-adi gözəl balıqqulağı taparkən əylənən oğlan uşağı kimi hiss edirəm, qarşımda isə həqiqətin sirli okeanı uzanıb gedir.
  • Mən fərziyyələr uydurmuram.
  • Mən, Müqəddəs Kitabda, doğruluğun əlaməti olan daha çox sübutlar görürəm, nəinki hər hansı dünyəvi tarix üzrə əsərlərdə.[1]


قایناقلار

[edit | edit source]
  1. Two Apologies, by Richard Watson, 1820, p. 57

بیرده باخ

[edit | edit source]

ائشیک باغلانتی‌لار

[edit | edit source]