Wq/azb/آبراهام لینکلون
Appearance
آبراهام لینکوْلن (دوغوم: ۱۸۰۹، اؤلوم: ۱۸۶۵) آمریکا بیرلشمیش ایالتلری اؤلکهسینین ۱۶-جی جومهورباشقانی. ۱۸۶۱-جی ایلدن ۱۸۶۵-جی ایله قدر ایش اؤستونده ایدی. لینکولن آمریکانین ایچ ساواشین دا آمریکانین جومهورباشقانی میش لینکولن دیگر جومهریتچی لرنن کوله چیلیگه (برده) قارشی یاسالاما یاپدی لار بله کی دای کوله چیلیک یاساخ لاندی.
سؤز
[edit | edit source]
آ اَ ائ اوْ اؤ اۇ اۆ ایٛ ای ب پ ت ث ج چ ح خ د ذ ر ز ژ س ش ص ض ط ظ ع غ ف ق ک گ ل م ن و ه ی |
آ ، اَ
[edit | edit source]- Alqışlara inanmayın; əksəriyyət alqışlayırsa yaxşı, gözəl amma alqışlayanlar ya yaltaqların əlləridirsə.
- Atam mənə zəhmət çəkməyi demişdi, amma zəhmət çəkməyi sevməyi deməmişdi.
- Avraam Linkolun sevimli bir tapmacası vardı: “ Əgər itin quyruğunu pəncə hesab etsək, itin neçə pəncəsi olar?” Əksər insanlar “beş” cavabını verirdi. O zaman Linkoln cavab verirdi: “Xeyr, onların sayı yenə də dörddür. Pəncə adlanan quyruq hələ pəncə deyil”.
- Aynaya baxdığında başqa birini görmək istəmirsənsə özün kimi ol.
- Ədalətli həll olunana qədər heç bir şey sona qədər həll olunmur.
- Əgər bir ağacı kəsmək üçün səkkiz saat vaxtım olsaydı, bu səkkiz saatın altı saatını baltanı itiləməyə sərf edərdim.
- Əgər bir millət məhv olursa, xaricdən deyil, daxildən məhv olur.
- Əgər bu qəhvədirsə, xahiş edirəm mənə çay gətirin, əgər çaydırsa, qəhvə gətirin.
- Əgər düşmənimi dosta çevirmişəmsə, onu məğlub etmiş olmurammı?
- Əgər əvvəlcə harada olduğumuzu və hara meylimiz olduğunu bilsək, nə etməmiz lazım olduğunu və necə edəcəyimizi yaxşı qiymətləndirə bilərik.
- Əgər xeyirxah insanlar öz müdrikliyini rəhbər tutaraq məni arxa planda saxlamağı lazım bilsələr, deməli, belə lazımdır. Mən bu barədə məyus olmaq üçün məyusluqla çox yaxşı tanışam.
- Əgər içki zərər gətirirsə, onda bu zərər pis bir şeyin istifadəsindən yox, yaxşı şeyin pis istifadəsindən yaranır.
- Əgər mənim iki sifətim olsaydı, məgər bu sifəti seçərdim?
- Əgər o necə bir təmtəraqlı dəfn mərasiminin keçirilməsini bilsəydi, çoxdan ölərdi.
- Əgər siz filin dal ayağından yapışıb onu saxlamaq, fil isə xilas olmaq istəyirsə, ən yaxşısı fili buraxmaqdır.[1]
ائ ، ایٛ ، ای
[edit | edit source]- İnsanın ömrünün yarısını mübahisələrdə keçirəcək qədər zamanı yoxdur: keçmişi unudub gələcəyə baxmalısınız.
- İnsanlara çətin günlərində təsəlli versək, özümüz də təsəlli taparıq.
- İnsanların əksəriyyəti özlərini xoşbəxt hesab etdikləri qədər xoşbəxtdirlər.
- İnsanların şəxsiyyətləri güc və vəzifə zamanı ortaya çıxar.
- İşə başlamağa qərar vemək işin yarısını görmək deməkdir.
- İtin sizi tutmaması üçün yaxşı olar ki, ona yol verəsiniz. İti öldürsəniz belə, yenə də it tutmuş hesab ediləcəksiniz.
اوْ ، اؤ ، اۇ ، اۆ
[edit | edit source]- Oxuduğum kitablardan ən çox bəyəndiyimi soruşsanız “anamdır” deyərdim.
- Ömrünüzün sonunda yaşadığınız illər yox, bu illəri necə yaşadığınız əhəmiyyətlidir.
- Övladınızın təməlini düz qoyun ki, onun yaratdığı binanın daşları başınıza tökülməsin.
ب ، پ ، ت ، ث
[edit | edit source]- Babalarımın kim olduğu mənə maraqlı deyil, mənə maraqlı olan nəvələrimin gələcəkdə kim olacağıdır.
- Başımızı bəlaya salan bildiklərimiz yox, doğru zənn etdiklərimizdir.
- Başqalarının azadlıqlarını tanımayanlar, azadlığa layiq deyil.
- Başqalarının azadlığını əlindən alanların özlərinin azad olmağa haqqı yoxdur.
- Başqasının azadlığını inkar edənin özü azadlığa layiq deyil. Əgər burada istibdad hakimiyyəti hökm sürərsə, mən riyakarlıq qarışığı olmayan, müstəbidliyi təmiz olan, azadlıq sevgisinə etirazı olmayan bir ölkəyə, məsələn Rusiyaya mühacirət etməyi üstün tutardım.
- Bəla pis vasitədən istifadə etməkdə deyil, yaxşıdan sui-istifadə etməkdir.
- Bəzi adamları həmişə, hamını isə bir müddət aldada bilərsən, amma hamını həmişə aldada bilməzsən (Xalqın müəyyən hissəsini həmişə, bütün xalqı müəyyən müddət aldatmaq olar, amma bütün xalqı həmişə aldatmaq olmaz).
- Bildirmək istəyirəm ki, mən heç bir şəkildə ağ və qara irqlər arasında ictimai və siyasi bərabərliyin tərəfdarı deyiləm və heç vaxt da olmamışam. Mən zəncilərin səsvermə hüququnun, yaxud münsiflər heyətinin üzvü və ya hökumətə rəhbərlik etmək hüququna malik olmalarının, nə də ağ adamlarla nikah bağlamalarının tərəfdarı deyiləm və heç vaxt da olmamışam. Buna əlavə olaraq qeyd etmək istəyirəm ki, ağlarla qaralar arasında elə bir fiziki fərq mövcuddur ki, bu fərq onların ictimai və siyasi bərabərlik şəraitində birgə yaşamaq imkanını istisna edir. Bu iki irq bir-birinə bərabər ola bilməz. Amma nəzərə alsaq ki, indi onlar bir yerdə yaşayırlar, o zaman onlar arasında hökmranlıq və tabeçilik münasibəti olmalıdır. Hər bir insan kimi, mən də ağ irqin hökmran olmasının tərəfdarıyam.
- Bir adamı həmişə aldatmaq olar, bəzi adamları müəyyən vaxt aldatmaq olar, lakin bütün xalqı daim aldatmaq olmaz.
- Bir mədəniyyəti dəyərləndirmənin ən doğru metodu onun yaratdığı insan tipinə baxmaqdır.
- Bir ölkə, yarı qul, yarı azad insanlardan meydana gəlsə yaşaya bilməz.
- Bir vəkil haqqında: “İncəsənətdə ən qısa fikrə maksimum söz əlavə etməkdə onun tayı-bərabəri yox idi”.
- Birilərinin zəngin olmaq faktı sizin də ola biləcəyinizə sübutdur. [2]
- Biz insanların bizə edə biləcəkləri şeyləri etməklə onlara kömək edə bilmərik.
- Bu mübarizədə mənim ən yüksək məqsədim ittifaqın qorunması, köləliyin qorunmaması və ya məhv edilməsidir. Əgər mən hər hansı bir qulu azad etmədən ittifaqı xilas edə bilsəydim, mən bunu edərdim və əgər mən bütün qulları azad edib onu xilas edə bilsəydim, bunu edərdim, əgər mən bəzi qulları azad edib, bəzilərini isə azad edə bilməyib onu xilas edə bilsəydim, bunu edərdim. Köləlik məsələsində və rəngli irq üçün etdiyim hər şeyi ona görə edirəm ki, bunun ittifaqı qorumağa kömək edəcəyinə əminəm...
- Büdrəyən insana heç kim heyran qalmayacaq. Heyranlığa ayağa qalxa bilən layiqdir.
ج ، چ ، ح ، خ
[edit | edit source]- - Cənab Linkoln, ayaqqabılarınızı özünüz təmizləyirsiniz?
- Bəli. Bəs siz kimin ayaqqabısını təmizləyirsiniz? ( Sitatın izahı: Xarici diplomat Linkolun öz kabinetində ayaqqabılarını təmizlədiyini görəndə meydana gələn qısa dialoq)
- Çətinliyə demək olar ki, hər insan dözə bilər lakin onun xarakterini sınamaq istəyirsinizsə ona güc verin.
144px|thumb|Başqalarının azadlıqlarını tanımayanlar, azadlığa layiq deyil.
- Çoxları taleyin zərbələrinə dözə bilir, amma bir insanın xarakterini yoxlamaq istəyirisinizsə, ona hakimiyyət verin.
- Xalqın bir hissəsini həmişə və bütün xalqı bir müddət aldatmaq olar, lakin, bütün xalqı həmişə aldatmaq qeyri-mümkündür.
- Xarakter ağac isə, şan və şərəf o ağacın kölgəsi kimidir; biz həmişə kölgəni düşünürük, halbuki gerçək olan ağacın özüdür.
- Xəta etməkdən qorxan bir insan heç bir şey edə bilməz.
- Xidmətçi olmağı istəmədiyim kimi, xidmətçi istifadə etməyi də sevmirəm; mənim demokratiya anlayışım budur.
د ، ذ
[edit | edit source]- Danışıb axmaqlığınızı ortaya qoymaqdansa, danışmayın, heç olmasa insanların şübhələri aradan qalxsın.
- Demokratiya, xalqın xalq tərəfindən xalq üçün idarəsidir.
- Dostlarımı itirsəm, kədərlənmərəm, təki vicdanım məni tərk etməsin.
- Dünya demək olar ki, burada nə dediyimizi görməyəcək və uzun müddət xatırlaya bilməyəcək, amma burada nə etdiklərini heç vaxt unutmayacaqdır...`
- Dünyanın böyük adamları məktəblərinin ən böyük şagirdləri deyildi; çox vaxt ən böyük məktəbləri bitirənlər də həyatın böyük adamları olmamışlar.
- Düşmənlərimi dostlarıma çevirməklə məğlub edirəm.
ر ، ز ، ژ
[edit | edit source]- Riyakar- hər iki valideynini öldürüb yetim qaldığına görə bağışlanılmasını istəyən adamdır.
س ، ش
[edit | edit source]- Sabah geridə qalan ömürümüzün ilk günüdür.
- Səhvdən qorxan bir insan heç bir şey edə bilməz.
- Siz içkini müdafiə edə bilərsiniz amma içki sizi əsla müdafiə etməz.
- Siyasətçilər xalqın mənfəətlərindən fərqli çıxarlara sahib olan insanlar birliyidir.
ص ، ض
[edit | edit source]ط ، ظ
[edit | edit source]ع ، غ
[edit | edit source]ف
[edit | edit source]ق
[edit | edit source]- Qəzəbin alovu ilk əvvəl sahibini yandırar. Sonrakı qığılcımı düşmənə ya çata, ya çatmaya...
- Qoyun və canavar "azadlıq" sözünü müxtəlif cür başa düşür, bu isə insan cəmiyyətində hökm sürən fikir ayrılığının mahiyyətidir.
- Qurdla quzunun azadlığı tamam fərqlidir. İnsan cəmiyyətində hökm sürən anlaşılmazlıqların məğzini də burada axtarmaq lazımdır.
- Qüsurları olmayan insanlar çox az üstünlüklərə malikdirlər.
ک ، گ
[edit | edit source]- Kədərlənəndə şəfanı əməkdə axtarın.
- Kim olursansa ol, amma yaxşı ol.
- Kimsə kimsəni razılığı olmadan idarə edə bilməz.
- Güc davamlıdır; amma gücün qazandığı zəfərlərin ömürü çox qısa olar.
ل
[edit | edit source]م
[edit | edit source]- Məktəbdə səhv etməyin, hiylə etməkdən çox daha şərəfli olduğunu öyrət ona.
- Oğlunun müəlliminə
- Mən babamın kim olduğunu bilmirəm. Məni daha çox onun nəvəsinin kim olacağı maraqlandırır.
- Mən bacardığım hər şeyi sona qədər edəcəyəm. Əgər sonda haqlı olarmsa, o zaman məni tənqid edənlərin və qeybətimi qıranların sözləri bir qara qəpiyə dəyməz. Amma haqlı olmamağım ortaya çıxarsa, mələklərin xoru mənə şan-şöhrət mahnısı oxusa belə, bu heç nəyi dəyişməz.
- - Mən görüşə gedirəm. Bu sifətləmi gedim?
( Sitatın izahı: Debatlar zamanı Stiven Duqlasın Linkolnu ikiüzlü adlandırmasından sonra yaranan sitat).
- Mən inanıram ki, Müqəddəs Kitab Allahın insana verdiyi ən yaxşı hədiyyədir. Dünyanın xilaskarından olan bütün yaxşı şeylər bu kitab vasitəsilə bildirilir.
- Mən nə qul, nə də qul sahibi olmaq istəməzdim. Bu mənim demokratiya anlayışımı ifadə edir.
- Mən sizin fikrinizlə razılaşmaya bilərəm, amma sizin bunu deməyə haqqınız olmasına görə həyatımı qurban verməyə hazıram.
- Mən yavaş-yavaş gedirəm, amma heç vaxt geriyə hərəkət etmirəm.
- Mənə oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız söyləyim; Anamdır.
- Mənim haqqımda yalan danışılana qədər arxamca danışılanlar məni narahat etmir.
ن
[edit | edit source]و
[edit | edit source]ه
[edit | edit source]- Hamını bir dəfə, bəzilərini isə həmişə aldada bilərsiniz. Amma hamını həmişə aldada bilməzsiniz.
- Heç bir insan yalançı olmaq üçün yaxşı bir yaddaşa malik deyil.
- Heç bir şeydən əsla imtina etmə, çünki imtina edənlər yalnız itirənlərdir.
- Həmişə uğur qazanmaq qərarının hər şeydən daha vacib olduğu fikrinə əsaslanın.
- Həyat təcrübəm məni inandırdı ki, qüsurları olmayan insanların məziyyətləri də az olur.
- Həyatda oxuduğum ən qiymətli kitab anamdır.
- Həyatda olduğum, olacağım hər şeyi gözəl anama borcluyam.
- Hökumətsiz yaşaya bilərsiniz, amma kitabsız əsla...
ی
[edit | edit source]قایناقلار
[edit | edit source]بیرده باخ
[edit | edit source]ائشیک باغلانتیلار
[edit | edit source]- آبراهام لینکلون[۱]