Wn/az/Yupiterdə su tapılıb
Appearance
Elm xəbərləri
- 23 August 2018: Wn/az/Alimlər Peto paradoksunun səbəbi tapmağa yaxınlaşıblar
Amerikalı alimlər qrupu müəyyən edib ki, Yupiterin böyük atmosfer axını olan Böyük Qırmızı Ləkənin tərkibində çoxlu su var.
Bununla bağlı “EurekAlert!” press-reliz yayıb.
Araşdırmaçılar yerüstü alətlərin köməyilə əldə edilən məlumatları analiz ediblər. Məlum olub ki, Qırmızı Ləkənin strukturu üç bulud qatından ibarətdir, onlardan ən dərinində 5-7 atmosfer təzyiq var. Alimlərin sözlərinə görə, bu buludlar donmuş su kristallarından ibarətdir.
Əgər 2016-cı ildən atmosferdəki qazları araşdıran “Juno” stansiyası bunu təsdiq etsə, onda planetin digər yerlərində, eləcə də, Saturn, Uran və Neptunda da su axtarışına başlamaq olar.
Mənbə
[edit | edit source]