Wn/az/Yunanıstanın paytaxtında etiraz aksiyası baş tutub
Appearance
4 oktyabr 2011, Çərşənbə axşamı
Yunanıstan xəbərləri
- 5 June 2019: Wn/az/Yunanıstan Almaniyadan təzminat istəyib
- 22 August 2018: Wn/az/Afina qaranlığa qərq olub
- 4 October 2011: Wn/az/Yunanıstanın paytaxtında etiraz aksiyası baş tutub
Yunanıstanın yerləşdiyi ərazi
Yunanıstandakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, Yunanıstan Portalına baxın.
Nümayişçilər 4 oktyabrda Afinanın küçələrinə çıxaraq Yunanıstan hökumətinin iqtisadiyyata aid sərt planına etirazlarını bildirmişlər. Nümayişçilər Yunanıstan Maliyyə və Əmək Nazirlikləri də daxil edilməklə, bir neçə hökumət binasının girişlərini bağlamışlar. İqtisadi böhranın qarşısının alınması üçün götürülən ölçülərin bir hissəsi olaraq, nümayişçilər nə işlərini itirmək, nə də maaşlarının azalmasını istəmədiklərini bildirmişlər.
Bu arada, Avrozonaya daxil olan ölkələr və Beynəlxalq Valyuta Fondu Yunanıstana əlavə maliyyə ayrılması barədə müzakirələr aparır və Yunanıstan hökumətinin maliyyə xərclərini azaltmasını istəyir.