Jump to content

Wn/az/Radko Mladiç həbs edildi

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Radko Mladiç həbs edildi


10 iyun 2011, Cümə

26 May

Serbiya prezidenti Boris Tadiç sabiq Bosniya serb komandiri Ratko Mladiçin həbs olunduğunu təsdiq edib.

Sabiq Bosniya serb komandiri Mladiç 1995-ci ildən bəri axtarışdadır. Həmin ildə BMT müharibə cinayətləri tribunalı on qarşı Srebrenitsada 8,000 müsəlman kişilərin qətlləri ilə bağlı genosid ittihamı irəli sürmüşdü. O, həmçinin Bosniya münaqişəsi zamanı törədilən başqa vəhşiliklərdə günahlandırılır[1].

27 May

Genosid ittihamları ilə üzləşən bosniyalı serb general Ratko Mladiç Belqradda müharibə cinayətləri məhkəməsi qarşısına çıxarılıb. Uzun müddət axtarışda olan Mladiç dünən yaxalanıb.Serbiyanın şimalındakı kənddə həbs olunan Mladiç Haaqadakı BMT müharibə cinayətləri tribunalı tərəfindən axtarışdadır. O, 1990-cı illərdə Bosniya müsəlmanlarına qarşı genosiddə itiham olunur.

Günün əvvəlində Serbiya prezidenti Boris Tadiç elan edib ki, Mladiç Serbiya torpağında həbs olunub. O, xüsusi qüvvələri Mladiçi 16 illik axtarışdan sonra yaxaladıqlarına görə təbrik edib. Cənab Tadiçin sözlərinə görə Mladiçin həbsi Serbiya tarixinin ağrılı hissəsinə nöqtə qoyur[2].

28 May

Müharibə cinayətlərində ittiham olunan bosniyalı serb general Ratko Mladiçin vəkili müttəhimin Haaqa Məhkəməsinə təhvil verilməsi barədə yerli məhkəmə qərarı ilə bağlı appelyasiyaya müraciət edəcəyini bildirib.

Vəkil deyib ki, o, bu addımı bazar ertəsi atacaq. Mladiçin oğlu atasının xəstə olduğunu və səyahətə tab gətirə bilməyəcəyini deyir[3].

29 May

Lakin Bosniyada və Belqradda minlərlə serb millətçisi axtarışda olan Bosniya serblərinin generalı Ratko Mladiçin həbsinə etiraz olaraq nümayiş keçirib. Serbiyanın ultra-millətçi radikal partiyasının tərəfdarları və sağçı təşkilatların üzvləri regionun avtobuslarla müxtəlif bölgələrdən bu gün axşam paytaxt Belqradda keçiriləcək nümayişə gəlib. Mladiçin doöma şəhəri Kalinovikdə Bosniya serblərinin ordusunun keçmiş əsgəri onu dəstəkləyən plakatlar gəzdirib, Serbiya prezidenti Boris Tadiçi xain adlandırmışlar. Mladiç 1995-ci ildə Srebrenitsa şəhərində 8 min müsəlman kişi və oğlanın qətliamına görə soyqırımda ittiham edilir. O, 16 il axtarışda olduqdan sonra keçən həftə Belqrad yaxınlığında həbs edilmişdir[4].

3 İyun

Ratko Mladiç ilk dəfə BMT-nin hərbi Haaqa tribunalı qarşısına çıxarılıb. Lakin Mladiç onun əleyhinə irəli sürülən soyqırım ittiahımını rədd edib. Mladiç üç hakimli məhkəmə heyətinə 1990-cı illlərdə Yuqoslaviya müharibəsində öz xalqı və vətənini müdafiə etdiyini deyib. O, 1995-ci ildə 8000 müsəlman kişi və oğlanın qətlə yetirildiyi Srebrenika qırğınına görə ittiham edilir. Bu, Avropada İkinci Dünya Müharibəsindən sonra ən geniş kütləvi qırğındır[5].

4 İyun

Serbiyanın müharibə cinayətləri üzrə prokuroru Bosniyanın serb komandiri Ratko Mladiçin 1990-cı illərdə serblərə qarşı cinayətlərlə bağlı sorğu-suala çəkilməsini istədiyini bildirib. Prokurorluq BMT-dən müsəlman qüvvələrin başçısı Naser Oriç barədə məlumat almaq üçün icazə istəyəcək. Beynəlxaq Haaqa məhkəməsi Oricə bəraət qazandırsa da, Serbiya prokurorluğu məhkəmənin toxunmadığı məsələlərlə bağlı sualları olduğunu deyir. Serblər 1995-ci il kütləvi qırğınından əvvəl minlərlə serbin öldürüldüyünü iddia edir[6].

İstinadlar

[edit | edit source]
  1. Rəsmi Belqrad Ratko Mladiçin yaxalandığını təsdiq edib
  2. Ratko Mladiç məhkəmə qarşısına çıxarıldı
  3. Genosid şübhəlisinin vəkili appelyasiyaya müraciət edəcək
  4. Serb millətçiləri Mladiçin həbsinə etiraz edir
  5. Sabiq Bosniya serb hərbi komandiri Haaqa tribunalı qarşısına çıxarılıb
  6. Serbiya prokurorluğu Ratko Mladiçi sorğu-suala çəkmək istəyir