Jump to content

Wn/az/Zahid Oruc yeni vəzifəyə təyin edildi

From Wikimedia Incubator
< Wn | az
(Redirected from Wn/az/Prezident Zahid Oruca vəzifə verdi)
Wn > az > Zahid Oruc yeni vəzifəyə təyin edildi

11 fevral 2019, Bazar ertəsi

Prezident İlham Əliyev Zahid Məhərrəm oğlu Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sonxeber bildirir ki, sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, yeni qurum prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı fərmanla yaradılıb.

Sosial Tədqiqatlar Mərkəzi ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.

Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir.

Mənbə

[edit | edit source]