Wn/az/Nyu-Yorkun adı dəyişdirildi
Appearance
ABŞ xəbərləri
- 17 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 17 February 2025: Wn/az/Ukrayna ilk dəfə silah istəyi ilə Vaşinqtona müraciət edib
- 17 February 2025: Wn/az/ABŞ polisi Los-Anceles şəhərindəki bir evdən 1.000-dən çox odlu silah ələ keçirib
- 17 February 2025: Wn/az/Nyu-Yorkun Qambino ailəsindən olan Frank Kali qətlə yetirilib
- 17 February 2025: Wn/az/Donald Tramp 2020-ci il üçün ABŞ Silahlı Qüvvələrinin büdcəsinin 750.000.000.000 ABŞ dollarına qədər artırılmasını tələb edib
ABŞ-ın yerləşdiyi ərazi
ABŞ-ın Nyu-York şəhərinin adı “Snapçat”, ”Siti Bayk”, “Strit İzi” kimi məşhur proqramlardakı xəritələrdə “Yevtropolis” (yəhudi şəhəri) olaraq dəyişdirilib. Bizimyol.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Sözügedən proqramlar üçün xəritə hazırlayan “Mapboks” şirkətinin rəhbəri Erik Qundersen verdiyi açıqlamada bu “dəyişikliyin yanlışlığın ən çirkin növü” olduğunu deyib.
Onun sözlərinə görə, proqramlarda gündə bir neçə dəfə dəyişiklik edilir və bu dəyişikliklərdən birində kimsə Nyu-Yorku “Yevtropolis” kimi təqdim edib. Yanlışlıq bir neçə saatdan sonra düzəldilib.
Şəhərin adının dəyişdirildiyini görən bir neçə internet istifadəçisi bu məlumatı sosial şəbəkələrdə paylaşaraq tənqid edib.