Wn/az/Millimiz dünya ikincisi oldu
Appearance
ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarına yekun vurulub. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, finalda Azərbaycan millisi ilə meydan sahibləri üz-üzə gəlib. B yarımqrupunda Kuba, Qazaxıstan və Monqolustan üzərində böyükhesablı qələbə qazanan güləşçilərimiz həlledici görüşdə ABŞ-a yenilib. Belə ki, gərgin keçən qarşılaşma ev sahiblərinin 6:4 hesablı qələbəsi ilə nəticələnib. Yığma komandamız bununla dünya ikincisi olub və gümüş medallara layiq görülüb.
Final
[edit | edit source]ABŞ - Azərbaycan - 6:4
- 57 kq - Tomas Gilman (USA) - Georgi Edişeraşvili 7:8
- 61 kq - Kendric Maple (USA) - Əfqan Xaşalov 6:2
- 65 kq - Logan Stieber (USA) - Hacı Əliyev 6:3
- 70 kq - James Green (USA) - Coşqun Əzimov 4:4*
- 74 kq - Jordan Burroughs (USA) - Hacımurad Ömərov 7:0
- 79 kq - Kyle Dake (USA) - Cəbrayıl Həsənov 5:3
- 86 kq - David Taylor (USA) - Aleksandr Qostiyev 12:2
- 92 kq - J'den Cox (USA) - Aslanbek Alborov 4:4*
- 97 kq - Kyle Snyder (USA) - Roman Bəkirov 14:3
- 125 kq - Nick Gwiazdowski (USA) -Cəmaləddin Məhəmmədov 3:4