Wn/az/Meksikanın futbol millisinə yeni baş məşqçi təyin olunub
Appearance
Meksika xəbərləri
- 17 February 2025: Wn/az/Meksikanın futbol millisinə yeni baş məşqçi təyin olunub
- 17 February 2025: Wn/az/Meksikada qəza: 24 ölü, 10 yaralı
- 17 February 2025: Wn/az/Meksikada 35 cəsəd aşkar edilib
- 17 February 2025: Wn/az/Meksikada narkobanda ilə atışma olub
- 17 February 2025: Wn/az/Meksikada kütləvi qəbirlərdən 183 cəsəd tapılıb
Meksikanın yerləşdiyi ərazi

Xerardo Martino futbol üzrə Meksika milli komandasına baş məşqçi təyin olunub. Argentinalı mütəxəssis bu vəzifədə Xuan Karlos Osorionu əvəzləyib. Osorio dünya çempionatının 1/8 finalında Meksikanın Braziliyaya 0:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırmasından sonra istefa verib. Yeni baş məşqçi ilə müqavilə şərtləri açıqlanmır. Xerardo Martinonun sonuncu iş yeri MLS Kubokunu qazanan "Atlanta Yunayted" olub. Əvvəllər 56 yaşlı mütəxəssis Portuqaliyanın "Libertad", Argentinanın "Nyuell Old Boyz" və İspaniyanın "Barselona" kimi klublarına, eləcə də Paraqvay və Argentina yığmalarına rəhbərlik edib. O, bir dəfə Argentina və 4 dəfə Paraqvay çempionu, həmçinin İspaniya Super Kubokunun sahibi olub.