Wn/az/MWC 2017-də yeni Nokia 3310 təqdim olundu
Appearance
27 fevral 2017, Bazar ertəsi
Texnologiya xəbərləri
- 17 February 2025: Wn/az/Bu gün Vikipediyanın yarandığı gündür
- 17 February 2025: Wn/az/MWC 2017-də yeni Nokia 3310 təqdim olundu
- 17 February 2025: Wn/az/Portal:Elm və texnologiya
- 17 February 2025: Wn/az/Stiv Cobs vəfat edib
- 17 February 2025: Wn/az/Azərbaycan alimləri mobil telefonda şüaların mənfi təsirini azaldan biokart yaradıb
"HMD Global" şirkəti əfsanəvi "Nokia 3310" telefonunun yeni versiyasını təqdim edib. "Qafqazinfo"nun "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, təqdimat Barselonada "MWC 2017" sərgisində baş tutub. 320х240 piksellik "Nokia 3310" 2 meqapikselli kamera ilə təmin olunub və microSD yaddaş kartlarını dəstəkləyir. Yeni versiya əvvəlki ilə müqayisədə daha yüngül və nazikdir. Qeyd olunur ki, telefonun korpusu boz, mavi, qırmızı və sarı rənglərdə olacaq. Qiyməti 49 avro olan telefonun satışa çıxarılacağı zaman hələ ki, açıqlanmır.