Jump to content

Wn/az/Fələstin səfiri ABŞ-dan qovulub

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Fələstin səfiri ABŞ-dan qovulub

Fələstinin Vaşinqtondakı diplomatik missiyasının başçısı Husam Zomlotun və onun ailəsinin ABŞ-da yaşamaq üçün icazəsi ləğv edilib.

Bu barədə bazar günü, sentyabrın 16-da, “Əl-Mayadin” telekanalı məlumat yayıb.

Bundan əlavə səfirin bank hesabı dondurulub, kredit kartı isə ləğv edilib.

Sentyabrın 13-də Zomlot Twitter sosial şəbəkəsində öz hesabında “Amerika xalqına” müraciət ünvanlayıb. O, Vaşinqtondakı Fələstin diplomatik nümayəndəliyinin bağlanmasının “qisas aktı” adlandırıraq bildirib ki, təmsil etdiyi struktur seçim qarşısına qoyulub: Vaşinqtonla münasibətləri pozmaq və ya bir millət kimi öz hüquqlarından imtina etmək.

Fələstin Azadlıq Təşkilatının baş katibi Saib Arikat Tramp administrasiyasının bu qərarını “təhlükəli eskalasiya” adlandırıb.

Mənbə

[edit | edit source]