Wn/az/Emiliano Sala Argentinada dəfn edilib

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Emiliano Sala Argentinada dəfn edilib

18 fevral 2019, Bazar ertəsi

16 fevral 2019-cu ildə Argentinanın Proqreso qəsəbəsində futbolçu Emiliano Salanın dəfn mərasimi keçirilib. Dəfn mərasiminə onun dostları, keçmiş komanda yoldaşları, "Nant" futbol klubunun müdafiəçisi Nikolas Pallua, Salanın qardaşı Dario və "Kardiff Siti" klubunun baş məşqçisi Nil Uarnok iştirak etmişdir. Bir çox yerli sakinlər üzərində Salanın adını daşıyan köynəklər geyinərək Proqreso qəsəbəsinə gəliblər.

"Kardiff Siti" klubu ilə müqavilə imzalamış, ancaq yeni klubunda debütünü keçirməmiş argentinalı hücumçu Emiliano Sala 2019-cu ilin yanvar ayında La-Manş boğazından keçərkən təyyarə qəzasında həlak olmuşdu. 28 yaşlı futbolçu 15.000.000 funt-sterlinq (18 fevral 2019-cu il məzənnəsiylə 33.048.015 Azərbaycan manatı) məbləğinə Fransanın "Nant" komandasından Uels komandasına transfer edilmişdi.

Sala karyerasına dəfn mərasimi keçirlən qəsəbəni təmsil edən "San Marin de Proqreso" futbol klubunda başlamışdır. O, 15 yaşında peşəkar karyerasına başlamışdır. Emiliano Salanın meyiti ictimaiyyət verdiyi maddi dəstəklə onun ailəsi tərəfindən başladılmış özəl axtarış əməliyyatı nəticəsində tapılmışdır.

Mənbə[edit | edit source]