Wn/az/Ebola virusu geri qayıdır
Appearance
Konqo DR xəbərləri
- 22 August 2018: Wn/az/Ebola virusu geri qayıdır
Konqo DR-ın yerləşdiyi ərazi
Konqo Demokratik Respublikasında iyun ayından bu yana Ebola virusu yenidən baş qaldırıb. Artıq virus 28 nəfərin ölümünə səbəb olub.
Konqonun səhiyyə nazirliyindən verilən açıqlamaya əsasən, iyun ayının sonunda Şimali Kivu əyalətində aşkar edilən yoluxma nəticəsində 96 nəfərin tempraturu qalxıb. Onlardan 69-unun Ebolaya yoluxduğu dəqiqləşdirilib. 69 nəfərdən 5-i artıq həlak olub. Beləcə, Ebolanın öldürdüyü insanların sayı 28-ə çatıb. Bundan başqa yüksək hərarət səbəbindən də 27 nəfər ölüb. Onların da ölümünə səbəb Ebola virusunun olduğu dəqiqləşməyib.
Mənbə
[edit | edit source]