Jump to content

Wn/az/Ceff Seşşions sərhədlərin mühafizəsi səylərini açıqlayıb

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Ceff Seşşions sərhədlərin mühafizəsi səylərini açıqlayıb

Tramp administrasiyası qanunsuz olaraq ABŞ-a daxil olan valideyinlərin cinayət təqiblərini artıracaq və onları uşaqlarından ayıracaq.

Baş prokuror Ceff Seşşions bazar ertəsi sərhədi qanunsuz keçmə hallarının qarşısını almaq üçün yeni səylərdən danışıb.

“Mən bizim cənub-qərb sərhədimizi qanunsuz olaraq keçənlərə qarşı `sıfır tolerantlıq`siyasəti tətbiq etmişəm. Sərhədi qanunsuz keçən hər kəs ittiham ediləcək. Məsələ bu qədər sadədir. Əgər kimsə xarici vətəndaşı qanunsuz şəkildə bizim ölkəyə keçirərsə, ittiham ediləcək. Əgər kimsə bir uşağı qanunsuz olaraq ölkəyə keçirsə, ittiham ediləcək, uşaq isə qanuna uyğun olaraq həmin şəxsdən alınacaq” - deyə, Seşşions bildirib.

Seşşions Ədliyyə Nazirliyinin sərhədi qanunsuz yolla keçən hər bir mühaciri cinayət məsuliyyətinə cəlb edəcəyini elan edib.