Wn/az/Beynəlxalq Kosmik Stansiyadan üç astronavt Yer kürəsinə dönüb
Üç astronavt Beynəlxalq Kosmik Stansiyada beş aylıq missiyalarını başa çatdırandan sonra sağ-salamat Yer kürəsinə dönüb.
Amerikalı Skot Tinql, rusiyalı Anton Şkaplerov və yaponiyalı Norişige Kanai bazar günü koordinasiya edilmiş ümumdünya vaxtı ilə saat 12:39-da Qazaxıstanda yerə enib.
Rusiyanın Soyuz kapsulundan ilk çıxarılan Şkaplerov “Biz bir az yorğunuq, amma orada əldə etdiklərimizdən çox razıyıq, Yer kürəsinə geri döndüyümüz üçün isə xoşbəxtik. Havanın günəşli olduğuna da çox sevinirik,” deyib.
Hər üç astronavt evinə göri dönmədən əvvəl Qazaxıstanın Karaqanda şəhərində tibbi müayinədən keçəcək.
Şkaplerov kosmik stansiyadan geri gətirdiyi futbol topunu özü ilə Moskvaya aparacaq. O və digər bir kosmonavtın Beynəlxalq Kosmik Stansiyada top ilə məşq etdiyi zaman videoları çəkilib. Rusiyanın Tass xəbər agentliyi həmin topun bu ayın sonunda Dünya Kubokunun açılış oyununda istifadə olunacağı barədə xəbər verib.
Beynəxalq Kosmik Stansiyada üç astronavt, amerikalı Drü Feustel ilə Riki Arnold və rusiyalı Oleq Artemov var. Çərşənbə günü onlara daha üç astronavt qoşulacaq. Onlar Qazaxıstanın Baykonur kosmodromundan fəzaya yollanacaq.