Wn/az/BMT-dən ABŞ-a sərt xəbərdarlıq
- 17 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 17 February 2025: Wn/az/Ukrayna ilk dəfə silah istəyi ilə Vaşinqtona müraciət edib
- 17 February 2025: Wn/az/ABŞ polisi Los-Anceles şəhərindəki bir evdən 1.000-dən çox odlu silah ələ keçirib
- 17 February 2025: Wn/az/Nyu-Yorkun Qambino ailəsindən olan Frank Kali qətlə yetirilib
- 17 February 2025: Wn/az/Donald Tramp 2020-ci il üçün ABŞ Silahlı Qüvvələrinin büdcəsinin 750.000.000.000 ABŞ dollarına qədər artırılmasını tələb edib
22 avqust 2018, Çərşənbə

Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi məruzəçisi İdris Jazairi ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ədalətsiz olduğunu və bunun günahsız insanlara əziyyət verdiyini dilə gətirərək Amerikanı geri çəkilməyə çağırıb.
Publika.az xəbər verir ki, məruzəçinin sözlərinə görə, ABŞ iqtisadi müharibəyə də hər dəfə olduğu kimi təktərəfli və ədalətsiz şəkildə başlamaq istəyir: "ABŞ-ın İrana qarşı sanksiyalarının "ədalətsiz" və "zərərli" olduğunu bildirirəm. Bu ölkəyə qarşı ümumi bir iqtisadi müharibə başladılmasına heç bir zərurət yoxdur. Bu qarşı tərəfin İnsan Haqlarının kobud şəkildə pozulmasına, onların yaşayış səviyyəsinin kifayət qədər aşağı düşməsinə və günahsız insanların əziyyət çəkməsinə gətirib çıxaracaq. Sanksiyaların daha ədalətli, daha tutarlı və qanun çərçibvəsində təyin edilməsi gərəklidir".
BMT Təhlükəsizlik Şurasında ABŞ-ın da dəstəyi ilə qəbul edilən İran nüvə müqaviləsindən yenə ABŞ-ın tək tərəfli çəkildiyini xatırladan məruzəçisi İdris Jazairi bunun da qeyri-qanuni hərəkət olduğunu vurğulayıb: "BMT hüququna görə, sanksiyaların "bütün milləti hədəf almayacaq şəkildə", qanunlardan kənara çıxmamaq şərtilə BMT-nin Təhlükəsizlik Şurasının digər daimi üzvlərinin dəstəyi ilə qəbul edilməsi zəruridir. İrana qarşı ABŞ sanksiyaları isə "ədalətsiz" və "zərərli" olduğundan buna ehtiyac yoxdur. Beynəlxalq səviyyədə tətbiq edilən sanksiyalar hüquqi normalara cavab vermir. Sanksiyaların əsası olmalı, mütənasib olmalı və adi vətəndaşların insan hüquqlarına zərər verməməlidir, lakin ABŞ-ın İrana sanksiya tətbiqi haqqında qərarında bu meyarların heç biri öz əksini tapmayıb. Bu ədalətsiz və zərərli sanksiyalar İran iqtisadiyyatını və pul vahidini sıradan çıxarır. Milyonlarla insanı kasıblığa sürükləyir və idxal məhsullarını bahalaşdırır".
Məruzəçi Jazairi Avropa İttifaqının (Aİ) ABŞ sanksiyalarına qarşı İranın yanında yer almasının sevindirici hal olduğunu da xüsusilə bildirib.
Mənbə
[edit | edit source]BMT-dən ABŞ-a SƏRT XƏBƏRDARLIQ: "Ədalətsiz və zərərlidir" - Publika.az